Cins şalvarların 140 yaşı tamam olur

Cins şalvarların 140 yaşı tamam olur
  20 May 2013    Oxunub:2779
Bu gün dünyada məşhur olan cins şalvarların yaradılmasından 140 il keçir. Mayın 20-si beynəlxalq cins şalvarların yaradılması günüdür.
AzVision.az xarici mətbuata istinadən məlumat verir ki, 1873-cü ilin mayın 20-də Levi Strauss bıçaq, pul və saat qoymaq üçün cibli cins şalvar hazırlamaq üçün patent alır. İlk cins şalvarlar 1 dollar 46 sentə başa gəlib. Şalvarların möhkəmliyi üçün onlara ikiqat tikişlər vurulurdu. Birinci sənaye partiyası uğurla nəticələndiyi üçün Strauss tezliklə San-Fransiskoda “Levi Strauss & Co” şirkətini yaradır.

Yeni şalvarlar bütün yaş və sinfin nümayəndələri üçün dəbdə olan geyimə çevrilir. 1926-cı ildə cins şalvarların istehsalı ildırım sürəti ilə artır və 1981-ci ildən qadınlar üçün cins modellər yaradılmağa başlayır.

AzVision.az


Teqlər:  





Xəbər lenti