Fazil Mustafa İlqar Məmmədova: “Mən səni bağışlayıram”

Fazil Mustafa İlqar Məmmədova: “Mən səni bağışlayıram”
  18 Fevral 2013    Oxunub:2338
Fazil Mustafa İlqar Məmmədovun həbsxanadan göndərdiyi ismarışa cavab verib.
2 gün əvvəl REAL Vətəndaş Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov vəkili Xalid Bağırov vasitəsi ilə onun həbs edilməsindən danışan deputatlar Siyavuş Novruzov və Fazil Mustafaya ismarış göndərmişdi: “Siyavuş Novruzov və Fazil Mustafa, bilin ki, mən Nelson Mandella deyiləm, hamını bağışlayam. Cümhuriyyətə qarşı cinayət işlətmiş hər kəs öz həbs payını yatacaq. Dünənki, çıxışınızı nəzərə alaraq söz verirəm, eyni kamerada haqqımda söhbət etməyə xeyli vaxtınız olacaq".

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa həbsdə olan REAL sədri İlqar Məmmədovun həbsxanadan göndərdiyi ismarışa cavab verib. Fazil Mustafa İlqar Məmmədovun sözlərinə özünün Facebook səhifəsində münasibət bildirib: “Mən Nelson Mandela deyiləm…” Bəs mən nə deyirdim? Sən Nelson Mandela deyilsən. Nelson Mandela şəxsiyyət idi. Nelson Mandela deyilsənsə, demək şəxsiyyət də deyilsən. Nelson Mandela prinsip adamıydı. Nelson Mandela deyilsənsə, demək prinsip adamı da deyilsən. Nelson Mandela idealist idi. Heç şübhəsiz sən idealist də deyilsən. O, 28 il oturmuşdu, bir dəfə də olsun özünün cumhuriyyətə bərabər bir dəyər olduğunu dilə gətirmədi, sən həbsdə 28 gün oturmamısan, özünü cumhuriyyətə bərabər dəyər olaraq təqdim etdin. İndi mən Nelson Mandela olmayanı necə müdafiə edim?

Mən bunu, sadəcə həbsdə oturan birisi haqqında yazmıram. Allah kimsəyə həbsxana həyatı qismət etməsin, o cümlədən də İlqar Məmmədova. Hətta həbsdə olmasının da əsaslılığı barədə bir söz söyləməmişəm. Sadəcə bildirmişəm ki, adam bütün deputatları təhqir etmiş və üzr istəməmiş. Sadəcə bəzi deputatların onu müdafiə etməsinin məntiqli olmadığını söyləmişəm. Məsələn, Əkrəm Əylisli də şəxsən məni söyməmiş, Azərbaycan xalqını aşağılamış, eyni məntiqlə gərək biz, onu da müdafiə edək”.
Mən, Azərbaycanın gələcəyində tərbiyəsizlərin, avantürüstlərin üzərimizə çıxmaması üçün İlqar Məmmədovu müdafiə etmirəm. Mən gələcəyimizdə vətəni canı ilə qorumuş, səmimi mübarizə yolçularının həbsxanada olmayacağı, sayğı görəcəyi bir cəmiyyət qurulması üçün Tofiq Yaqublunu müdafiə edirəm.

Sən, məni bağışlamayacağını söyləyirsən. Bu, əlbəttə, sənin haqqındır. Ancaq mən səni bağışlayıram. Çünki, sən, Nelson Mandela deyilsən. Heç uzun bayrağını səmimiyyətlə sevən Elman Türkoğlu da deyilsən. Sadəcə 90-cı illərin avantüristlərinin yeni libasda peyda olan prototipisən. Mən isə 90-cı illərin Azərbaycan idealını bir daha avantüristlərin öhdəsinə buraxmaq istəməyənlərin yeni vizyonla çıxış edən təmsilçisiyəm.

Ancaq “Həbsxana tamaşası” oynayaraq səni Nelson Mandela etmək istəyənləri heç cür bağışlamayacağamMən, Azərbaycanın gələcəyində tərbiyəsizlərin, avantürüstlərin üzərimizə çıxmaması üçün İlqar Məmmədovu müdafiə etmirəm. Mən gələcəyimizdə vətəni canı ilə qorumuş, səmimi mübarizə yolçularının həbsxanada olmayacağı, sayğı görəcəyi bir cəmiyyət qurulması üçün Tofiq Yaqublunu müdafiə edirəm.

“Sən, məni bağışlamayacağını söyləyirsən. Bu, əlbəttə, sənin haqqındır. Ancaq mən səni bağışlayıram. Çünki sən, Nelson Mandela deyilsən. Heç uzun bayrağını səmimiyyətlə sevən Elman Türkoğlu da deyilsən. Sadəcə 90-cı illərin avantüristlərinin yeni libasda peyda olan prototipisən. Mən isə 90-cı illərin Azərbaycan idealını bir daha avantüristlərin öhdəsinə buraxmaq istəməyənlərin yeni vizyonla çıxış edən təmsilçisiyəm.

Ancaq “Həbsxana tamaşası” oynayaraq səni Nelson Mandela etmək istəyənləri heç cür bağışlamayacağam”.



Teqlər:  





Xəbər lenti