Ekspertdən müharibə xəbərdarlığı - DAYCEST

Ekspertdən müharibə xəbərdarlığı - DAYCEST
  18 Fevral 2013    Oxunub:1992
İlqar Məmmədov deputatları hədələdi: “Siyavuş Novruzov və Fazil Mustafa, bilin ki, mən Nelson Mandella deyiləm, hamını bağışlayam. Cümhuriyyətə qarşı cinayət işlətmiş hər kəs öz həbs payını yatacaq. Dünənki, çıxışınızı nəzərə alaraq söz verirəm, eyni kamerada haqqımda söhbət etməyə xeyli vaxtınız olacaq.
Azadlıq


Məleykə Abbaszadə təkəbbürlü və karyeristdir

Məleykə Abbaszadənin vaxtaşırı təhsil naziri Misir Mərdanovu tənqid etməsinin kökündə onun hədsiz təkəbbürlü və karyerist olması dayanır. Bu sözləri azadlıqla deputat Fəzalı Ağamalı bildirib. Onun sözlərinə görə, Məleykə Abbaszadənin tənqidləri heç də onun təhsilin qeydinə qalmasında irəli gəlmir:
əgər Məleykə Abbaszadə təhsilin qeydinə qalırsa, təhsildəki problemlər onu narahat edirsə, o zaman Misir Mərdanovla bir masa arxasında oturub bu məsələləri müzakirə etsin və həlli yollarının tapılmasın yardımçı olsun. Lakin bu baş vermir. Məleykə Abbaszadə məsələləri ictimailəşirdi, Misir Mərdanovu ittiham edir və s. Bu çox anormal haldır və Azərbaycan təhsilinə zərbədir.

Nizami İsgəndərov Sahib Mirzəyevin hədəfində

Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyev “Sumqayıt” və “Cavid” Ticarət Mərkəzlərinin sahibi Nizami İsgəndərovun şəxsiləşdirdiyi dayanacğı əlindən alıb. Mənbənin sözlərinə görə, generalın müdaxiləsindən sonra başqa avtomobillərin girişi üçün yasaqlanan ərazi bütün avtomobillərə açıq elan edilib: “Cavid” Ticarət Mərkəzinin sağ tərəfində, giriş qapısının yanından keçən magistral yolun ticarət mərkəzinə paralel olan hissəsi iş adamı Nazim İsgəndərov tərəfindən başqa avtomobillərə yasaqlanmış, qeyri-qanuni surətdə şəxsiləşdirilmişdi. Digər avtomobillərin park edilmə-sinə qoyulan qadağada məqsəd iş adamının maşın dayanacağına rahat girib-çıxmasını təmin etmək idi. Lakin general Sahib Mirzəyevin göstərişindən sonra digər avtomobillərin girişini əngəlləyən dəmir lövhələr ərazidən götürülüb və dayanacaq kimi istifadə edilən yol kənarı bütün avtomobillərə açıq elan edilib”.


Yeni Müsavat


“İsa Qəmbərin namizədliyini dəstəkləyənlərin sayı artacaq”

Cümə günü Müsavat Partiyasının qərargahında bir sıra siyasi partiyaların iştirakı ilə toplantı keçirilib. Toplantıda Müsavat başqanı İsa Qəmbərin prezidentliyə namizədliyini dəstəklədiyini elan edən 7 partiyanın nümayəndələri iştirak edib. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı baş tutan tədbiri İsa Qəmbəri seçki kampaniyası çərçivəsində növbəti iş kimi dəyərləndirir. Onun sözlərinə görə, hazırda digər partiyalarla da danışıqlar davam edir. A.Hacılı 7 partiyadan əlavə digər qruplarla müzakirələrin davam etdiyini deyir.

“Azadlıq” qəzeti Xaliq Bahadıra cavab verdi

Yazıçı Əkrəm Əylislinin “Daş yuxuları” romanı ətrafında yaranmış qovğaya mətbuatın yanaşması məsələsi də müzakirə predmetinə çevrilib. Əsəri müdafiə və tənqid edən şəxslər artıq mediada biri-birinə cəbhə açıblar. Bu situasiyada mətbuatın necə davranması mübahisə doğurub. Bəziləri iddia edir ki, “Azadlıq” qəzeti Ə.Əylisli hadisəsində tərəf saxlayıb, yazıçını birmənalı şəkildə müdafiə edib və qarşı tərəfin mövqelərinə yer ayırmayıb. Buna misal kimi qəzetin yazarı Xaliq Bahadırın “Daş yuxular”ı tənqid edən məqaləsinin “Azadlıq”da çap olunmaması göstərilir. Qəzetin redaktoru Rahim Hacıyev isə bu iddiaları bölüşmür: “Xaliq Bahadırın yazısı həmin ərəfədə ona görə çap olunmadı ki, Aslan İsmayılovun dalbadal əsəri tənqid edən sərt yazıları çıxırdı. Ona görə Xaliq Bahadırın müvəqqəti saxlanıldı. Ancaq heç bir problem yoxdur və çap edə bilərik”.

Nazim İbrahimovdan “Milyarderlər ittifaqı” ilə bağlı ilginc açıqlamalar

“Milyarderlər ittifaqı” ilə bağlı müzakirələrdə qaranlıq məqamları Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla aydınlıq gətirdik. O bildirdi ki, hələ ötən ilin ilk aylarından Azərbaycan rəsmiləri ilə milyarderlər arasında bu təşkilatla bağlı müzakirələr gedirmiş və rəsmi Bakı RATİ-nin yaradılmasına müqavimət göstərirmiş. N.İbrahimov Söyün Sadıqovla bağlı ilk dəfə olaraq çox kəskin mövqeyini ifadə edərək onun “siyasətçi yox, layihə” olduğunu bəyanladı. O hətta qeyd etdi ki, Rusiyada azərbaycanlıların yeni bir təşkilatın yaradılması gələcəkdə Rusiyada mövcud olan təşkilatlarının zəifləməsinə gətirib çıxara bilər. Keçən ilin ortalarında elan olunan təşkilatın (RATİ - E.P.) yaranacağı haqqında bizim çoxdan məlumatımız var idi. İlin əvvəlindən bizim dəfələrlə təmaslarımız olmuşdu. Şəxsən mənim Abbas Abbasovla görüşüm olub. Biz Moskvada görüşüb məsələni müzakirə etmişik. Biz Abbas Abbasovun təcrübəli dövlət adamı olduğunu nəzərə alaraq Rusiyada mövcud olan təşkilatlardan birinə - hətta konkret olaraq sizə deyim, elə Rusiya Azərbaycanlıları Federal Mədəni Muxtariyyətinə (“AzerRos”) başçılıq edib o təşkilatın daha da güclənməsinə daha böyük töhfə verəcəyi barədə rəyimizi bildirmişdik. Şəxsən mən demişdim ki, əgər Abbas müəllim “AzerRos”da olsa, daha yaxşı olar. Çünki “AzerRos”a Rusiya dövləti tərəfindən müəyyən maliyyə dəstəyi verilir, oturuşmuş bir təşkilatdır.

Tanınmış ekspertdən müharibə xəbərdarlığı

Yaranmış vəziyyətdə müharibə ehtimalının real olduğundan danışan Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri bildirdi ki, Xocalı aeroportu məsələsi Rusiyanın təhriki ilə süni yaradılmış problemdir: “Moskvanın Azərbaycandan çox ciddi gözləntiləri var. Xocalı aeroportuna Ermənistandan təyyarənin enməsi savaşın başlanmasına səbəbi ola bilər. Bu əməliyyat yerinə yetirilərsə, bu, artıq savaşın başlanması deməkdir. Bu savaş olarsa, Ermənistanın Qarabağdakı bütün qoşunları Azərbaycan ordusunun ayağı altında qalacaq. Bu, birmənalıdır. Mən hesab edirəm ki, Rusiya da buna əmindir. Əgər regionda Qarabağ müharibəsi böyük mənada qızışarsa, bu məsələ təkcə Dağlıq Qarabağ məsələsi ilə məhdudlaşmayacaq. Natiq Miri Azərbaycanın müharibəyə hazır olmasından danışarkən qeyd etdi ki, bir çox məxfi informasiyalar var, onların açıqlanması kəşfiyyat nöqteyi-nəzərindən doğru deyil.

Azərbaycanın Rumıniyadakı səfirliyinin mühafizəsi gücləndirilib

Rumıniya parlamentində Xocalı soyqırımının 21 - ci ildönümü öncəsi Azərbaycan xalqını sevindirən bir bəyanat qəbul edilib. “Rumıniya parlamentində Dağlıq Qarabağ münaqişəsinə dair qəbul olunan siyasi bəyanat olduqca əhəmiyyətlidir”. Bunu Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov bildirib. Səfir onu da deyib ki, Rumıniya parlamentində erməniləri şoka salan siyasi bəyanatın qəbulundan sonra Azərbaycanın Buxarestdəki diplomatik missiyasının mühafizəsi gücləndirilib.

“Neqativ insanları kənarlaşdırmalıyıq”

“Qarşıdan taleyüklü seçkilər gəlir”. Bunu Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. O, Azərbaycanın mühüm bir dövrə qədəm qoyduğunu bildirib. O, Azərbaycanın mühüm bir dövrə qədəm qoyduğunu bildirib: “Azərbaycan cəmiyyəti və dövləti özünün elə bir dövrünə – mərhələsinə qədəm qoyub ki, dünyanın ən inkişaf etmiş dövlətləri ilə bir sırada dayanırıq. Amma dövlətimizi dünyada hamı istəmir, rəqiblərimiz, inkişafımızı gözü götürməyənlər, Azərbaycanın sabit və dinamik inkişafından üzülənlər var. Bu sıraya bəzi qonşu dövlətlər, dairələr də daxildir. Ona görə də bu gün Azərbaycana həm mənəvi zərər vurmaq istəyən, öz yazıçılarımızın, şairlərimizin, qeyri-hökumət təşkilatlarımızın, jurnalistlərimizin, siyasi partiyalarımızın əli ilə Azərbaycana zərbə vurmaq istəyənlər var”.


Gündəm Xəbər


İlqar Məmmədov həbsxanadan iki deputata mesaj göndərdi

Hazıda həbsdə olan REAL Vətəndaş Hərəkatının sədri İlqar Məmmədov vəkili Xalid Bağırov vasitəsi ilə onun həbsinə haqq qazandıran deputatlar Siyavuş Novruzov və Fazil Mustafaya ismarıc göndərib. Moderator.az-ın xəbərinə görə, İlqar Məmmədov bunları deyib: “Siyavuş Novruzov və Fazil Mustafa, bilin ki, mən Nelson Mandella deyiləm, hamını bağışlayam. Cümhuriyyətə qarşı cinayət işlətmiş hər kəs öz həbs payını yatacaq. Dünənki, çıxışınızı nəzərə alaraq söz verirəm, eyni kamerada haqqımda söhbət etməyə xeyli vaxtınız olacaq.


Bakı xəbər


İsa Qəmbərin yeni taktikasına düşərgədən anlaşılmaz reaksiya gəlir

Müxalifət cəbhəsi vahid namizədin irəli sürülməsi məsələsi ətrafında ciddi müzakirələr aparır. Prezident seçkiləri ilə əlaqədar Azərbaycan müxalifəti bu qərarı bir neçə gün əvvəl Bakıda Rüstəm İbrahimbəyovun evində müzakirə ediblər. Əli Kərimli və İsa Qəmbər iddialarından geri çəkilməyə, hətta kənar bir namizədi dəstəkləməyə hazır olduqlarını bildiriblər. Müsavat başqanı bildirib ki, 2003-cü il səhvi təkrarlanmamalıdır. Tezliklə Rüstəm İbrahimbəyovun lan etdiyi yeni EL hərakatı ortaya çıxacaq. Hərəkatın siyasi lideri isə Eldar Namazovdur. AXCP sədr müavini Asəf Quliyev bildirib ki, cəmiyyətdə yaranan siyasi fəallıq partiya sədrlərinin düşünələrinə müsbət təsir edir. Amma seçkilər saxtalaşdırılır, 20 ildir müxalifət kənarda qalır, amma yenə seçkiyə gedir. Konkret olaraq hakimiyyətin dəyişilməsini tələb etmək lazımdır.





Teqlər:  





Xəbər lenti