Leyli və Məcnun

Leyli və Məcnun
  21 May 2013    Oxunub:4024
Düşənbə şəhərində Sadraddin Ayni adına Dövlət Opera və Balet Teatrının səhnəsində Azərbaycanın dünya şöhrətli, dahi bəstəkarı Üzeyir Hacıbəylinin Şərq və müsəlman dünyasının ilk operası sayılan "Leyli və Məcnun" əsəri (Libretto M.Füzuli) tamaşaya qoyulub.
Azərbaycanın Tacikistandakı səfirliyindən verilən məlumata görə, Düşənbənin mədəni həyatında bayrama, Tacikistanda Azərbaycan mədəniyyəti günlərinə bərabər edilən tədbirdə bu ölkənin dövlət və hökumət strukturlarının rəhbərləri, nazirlər, parlament üzvləri, sabiq Prezident və nazirlər, həmçinin diplomatik korpusun təmsilçiləri, Tacikistanda müvəqqəti və daimi yaşayan azərbaycanlılar, onların ailə üzvləri, yerli və xarici KİV nümayəndələri iştirak ediblər.

Azərbaycan xalqının ümummilli lideri, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunan Azərbaycan-Tacikistan dostluq konserti tamaşaçılar və musiqişünaslar tərəfindən böyük rəğbət, sevgi və alqışlarla qarşılanıb.

Baş rollarda Azərbaycanın xalq artistləri Nəzakət Teymurova, Mənsum İbrahimov oynayıblar. Əsərə quruluşu Azərbaycanın xalq atsiti, incəsənət xadimi Bakı Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev verib. Tamaşada Nofəl rolunda Tacikistanın əməkdar artisti Sadıq Nurulloev çıxış edib. Həmçinin, Tacikistanın S.Ayni adına Opera və Balet Teatrının xor və orkestr heyəti iştirak ediblər. Operanın dirijoru Azərbaycanın xalq artisti Yalçın Adıgözəlov olub. Tarda və kamançada müvafiq olaraq Azərbaycanın əməkdar artistləri Elçin Həşimov, Elnur Əhmədov, pianinoda (konsetmeyster) Məlahət İsmayılova ifa ediblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti