Övladlarını izləmək üçün “Facebook” açırlar

Övladlarını izləmək üçün “Facebook” açırlar
  18 Fevral 2013    Oxunub:2350
Valideynlərinizdən gələcək ani dostluq təklifi sizin üçün heç nəyin əvvəlki kimi olmayacağı deməkdir.
"Valideynlərimlə dostluq mənimçün problem deyil" deməyə tələsməyin. Çünki valideynləriniz “Facebook”dan heç də sizin düşündüyünüz sadə məqsədlərlə istifadə etmirlər.
"Education Database Online" tərəfindən yayımlanan məlumatlara görə, “Facebook”dan istifadə edən valideynlərin 50%-i sosial şəbəkədən məhz övladlarını izləmək məqsədilə istifadə etdiyini etiraf edib..
Facebook istifadə edən valideynlərin hər gün artdığını bildirən infoqramda valideynlərin 42%-nin hər gün uşaqlarının profilinə baxdıqları, 31%-nin isə həftədə 4-5 dəfə ilə kifayətləndikləri məlum olub.
Övladlarını izləməklə kifayətlənməyən və övladlarının yazdığı hər statusa, fotoya şərh yazan valideynlər isə qıcıq yaradır. Bunun nəticəsidir ki, uşaqların 30%-i valideynlərini dostluqdan çıxartmaq istədiklərini deyir.


Teqlər:  





Xəbər lenti