Deputat alimlərin əmək haqlarından danışdı

Deputat alimlərin əmək haqlarından danışdı
  21 May 2013    Oxunub:1791
“Elm haqqında qanun layihəsi plenar iclasa çıxarılacaq”
Milli Məclisin sosial siyasət komitəsinin sədri, millət vəkili Hadi Rəcəbli Azərbaycan xalqının ümummilli lideri Heydər ƏLiyevin 90 illik yubileyinə həsr olunmuş "Avropa məkanında yeni çağırışlar: Gənc alimlərin beynəlxalq Bakı Forumu" -da çıxış edib.

AzVision.az xəbər verir ki, çıxışı zamanı deputat bir çox məqamlara toxunub. Bütün qonaqları salamlayn Hadi Rəcəbli bugünki forumun Azərbaycan elmi üçün əhəmiyyətindən danışıb. O, bildirib ki, Azərbaycanda bugün gənc alimlərə böyük diqqət yetirilir, buna misal olaraq, elm haqqında qanun layihəsini göstərib.

"Milli Məclisdə elm haqqında qanun layihəsi işlənir. Bu yaxınlarda plenar iclasa çıxarılacaq.

Eyni zamanda əmək haqqlarının artırılması məsələsi gündəmdədir. Bununla bağlı bəzi strukturara tapşlırıq verilib . Amma biz baxmalıyıq ki, hansı istiqmətdən, elmin hansı sahəsindən bizim iqtisadiyyatımız gəlir əldə edə bilər. Bu ili biz İKT ili elan etmişik. Bu Azərbaycanın elmə, texnologiyaya nə qədər önəm verməsini göstərir”.


Sevin İltifatqızı


Teqlər:  





Xəbər lenti