“Qarabağda çox yaşaya bilməyəcəklər”

“Qarabağda çox yaşaya bilməyəcəklər”
  18 Fevral 2013    Oxunub:1776
“Azərbaycanlıların və ermənilərin sülh şəraitində yaşamasına mane olan məqamları erməni ictimaiyyəti bilir və bunu aradan qaldırmalıdırlar”.
Bu “fikri Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin sədri Bayram Səfərov deyib.
B.Səfərov bildirib ki, bu amili qiymətləndirməyən ermənilər belə mövqe ilə Dağlıq Qarabağda çox yaşaya bilməyəcəklər. Onun sözlərinə görə, Dağlıq Qarabağın erməni icması Azərbaycanın onlar üçün yaratdığı imkandan istifadə edərək təklif olunan statusdan yararlanmalıdırlar. “Ermənilər sülh danışıqlarına ciddi qiymət verməli və bunu qısa zamanda dəyərləndirməlidirlər. Azərbaycan artıq 1990-cı illərin Azərbaycanı deyil. Erməni cəmiyyəti, xüsusən də Qarabağda yaşayan ermənilər bunu nəzərə almalıdırlar. İnanıram ki, Azərbaycan xalqını sevən, onlarla olan dostluğu unutmayan ermənilər hələ də var və onlar bu münaqişənin həllində öz sözlərini deməlidirlər. Həmin ermənilər Azərbaycan bayrağının altından keçərək, ərazi bütövlüyünü tanıyaraq bizimlə bir ölkədə yaşamağa hazırdırlar. Sadəcə, onlar Ermənistan hakimiyyətinin təzyiq və təhdidlərindən qorxaraq ciddi addım ata bilmirlər”, - deyə ictimai birliyin sədri qeyd edib.
(yap.org)



Teqlər:





Xəbər lenti