Eynulla Fətullayevə Avropadan dəstək

Eynulla Fətullayevə Avropadan  dəstək
  18 Fevral 2013    Oxunub:2056
“Məruzənin müəllifləri müasir alman cəmiyyətinin problemlərini kifayət qədər obyektiv və ədalətli surətdə əks etdiriblər”.
Avropa Şurasının fəaliyyəti üzərində ictimai nəzarəti həyata keçirən nüfuzlu “European Year of Citizens 2013” (https://azvision.az/redirect.php?url=http://europa.eu/citizens-2013) təşkilatı fevralın 16-da Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelleyə müraciət edib. Müraciətin surəti “Amnesty İnternational” təşkilatının alman şöbəsinə, “Human Rights Watch” beynəlxalq hüquq müdafiə təşkilatına və “İnsan haqları uğrunda” İctimai Birliyə (Azərbaycan) göndərilib.
“European Year of Citizens 2013” təşkilatı öz müraciətində səfir H.Kvellenin “İnsan haqları uğrunda” İB-nin sədri Eynulla Fətullayevin Azərbaycan və Almaniyada insan haqları ilə bağlı vəziyyəti müqayisə edərkən haqlı olmadığına və Almaniyada insan haqları sahəsində tutarlı problemlərin olmadığına dair bəyanatına etirazını bildirir. İctimai təşəbbüsün nümayəndələri bəyan edirlər ki, onlar E.Fətullayevin hazırladığı “Avropanın qürubu, yaxud liberal dəyərlərin böhranı” adlı məruzəsini müfəssəl şəkildə təhlil edərək bu qənaətə gəliblər ki, həmin məruzənin müəllifləri müasir alman cəmiyyətinin problemlərini kifayət qədər obyektiv və ədalətli surətdə əks etdiriblər. Bundan əlavə, “European Year of Citizens 2013” təşkilatının ekspertləri E.Fətullayevin təşkilatının məruzəsinə əsaslanaraq insan haqlarının kobud şəkildə pozulmasına dair yeni faktlar təqdim ediblər. Bu faktlar yeni hesabata daxil edilib. Yeni hesabat tezliklə açıqlanacaq. İctimai nəzarət təşkilatının nümayəndələri bu hesabatda Almaniya səfiri H.Kvellenin “Turan” informasiya agentliyinə göndərdiyi açıq məktubdakı yalanı ifşa ediblər. Səfir həmin məktubunda E.Fətullayevin Almaniya hökumətinin “Amnesty İnternational” təşkilatına maliyyə yardımı göstərməsi barədəki bəyanatını təkzib etmişdi. Yada salaq ki, səfir elə ilk cümləsindəcə E.Fətullayevin “Amnesty İnternational”ın maliyyələşdirilməsi barədəki açıqlamasını “əsassız uydurma” adlandırmışdı. Lakin “European Year of Citizens 2013” bunun əksini sübut edir: “Amnesty İnternational” Almaniya hökumətindən 2009-cu ildə 345 min avro, 2010-cu ildə 229 min avro, 2011-ci ildə 247 min avro yardım alıb. Bu hesabat yaxın vaxtlarda açıqlanacaq. Bundan sonra həm səfir, həm də “Amnesty İnternational” Azərbaycan ictimaiyyətinə yalan məlumat verdiklərinə görə yəqin üzr istəməli olacaqlar. (haqqın.az)



Teqlər:  





Xəbər lenti