Təhsil naziri peşə təhsilindən danışdı

Təhsil naziri peşə təhsilindən danışdı
  22 May 2013    Oxunub:1641
Peşə təhsili sahəsində hazırlanan kadrlara ehtiyac getdikcə artır.
“Türkiyə tərəfi ilə peşə təhsili sahəsində tədris prosesinə yanaşma, tədris prosesinin təşkili, onun iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması məsələləri müzakirə edilib”. AzVision.az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov türkiyəli həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında bildirib. Nazir qeyd edib ki, Türkiyənin bu sahədəki təcrübəsi öyrənilib.

“Sirr deyil ki, Azərbaycanda peşə təhsili sahəsində istifadə olunmamış böyük bir potensial var. İqtisadiyyatımız getdikcə inkişaf edir, yeni iş yerləri və sahələr yaradılır. Peşə təhsili sahəsində hazırlanan kadrlara ehtiyac getdikcə artır. Amma müasir məzmunlu tədris prosesi peşə təhsilinin adının sadəcə diplomda yazılması nəzərdə tutmur”-deyə, M. Cabbarov əlavə edib.

Nazir onu da vurğulayıb ki, özəl sektorlarla təhsil qurumları arasında mövcud ola bilən mexanizmlərin tətbiqi sahəsində Türkiyənin təcrübəsi böyükdür. “Buna görə də Azərbaycan gələcəkdə bu prosesin düzgün qurulmasında onların təcrübəsindən yararlanacağıq”.

Anar



Teqlər:  





Xəbər lenti