Beynəlxalq hüquqa `paralel hüquq` yaranır – TƏHLİL

Beynəlxalq hüquqa `paralel hüquq` yaranır – TƏHLİL
  29 Mart 2015    Oxunub:12681
Son dövrlər beynəlxalq hüququn gərəksizləşməsi, əhəmiyyətinin itirilməsi və xeyli dərəcədə zəifləməsi müşahidə olunmaqdadır. Bir müddət öncə Novruz bayramı şənliklərində çıxışı zamanı Prezident İlham Əliyev də qeyd edib ki, bu gün dünyada beynəlxalq hüquq işləmir, beynəlxalq müqavilələr sadəcə olaraq kağız parçasıdır, heç bir dəyəri yoxdur.

“Kimin gücü var o müqavilələrə məhəl qoymur. Yəni, dünyada yeni bir dövr başlayıbdır, bunu biz bilməliyik. Yəni, beynəlxalq hüquq sadəcə olaraq güclü dövlətlər üçün bir alətdir ki, güclü olmayan dövlətləri nəyəsə məcbur etsin. Amma onların özləri üçün beynəlxalq hüquq heç bir şeydir. Bunu biz görürük, bunu görməyən yoxdur. Dünyanın bütün yerlərində biz bunu görürük, kim güclüdür o da haqlıdır. Bu nəyi göstərir? Onu göstərir ki, güclü olmaq lazımdır. Biz də bunu çoxdan başlamışıq: güclü ordu, güclü iqtisadiyyat, vətəndaş həmrəyliyi və əlbəttə ki, düşünülmüş siyasət və sosial ədalət”,- deyə Prezident bildirmişdi.

Azərbaycan rəhbərliyində təmsil olunan digər şəxslər də öncə beynəlxalq hüququn zəifləməsi, `ikili standartlar`ın həyata keçirilməsi və beynəlxalq təşkilatların bəzilərinin Azərbaycana qarşı qərəzli münasibət bəslədiklərini qeyd etmişlər.

Belə ki, bir neçə müddət öncə, bu barədə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiyasiyasının 2-ci "Dəyişən Dünyada Cənubi Qafqaz" adlı forumda çıxışı zamanı deyib. N.Məmmədov bildirib ki, "Beynəlxalq aləmdə gedən proseslərə nəzər saldıqda, son 5-6 ildə dünya icyimaiyyətinin ən çox bəhs etdyi məsələ dünyanın iqtisadi böhranıdır. Lakin, bu gün dünyada daha bir böhran hökm sürür - bu beynəlxalq hüquq böhranıdır. Məhz bu böhran digər böhranların da baş verməsinə gətirib çıxarır".

N.Məmmədov vurğulayıb ki, beynəlxalq hüquqda ədalət prinsipləri pozulur: "Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq birlik tərəfindən ədalətli mövqe nümayişini görə bilmirik, 20 ildən çoxdur ki, işğal faktı ilə üz-üzəyik".

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin Analitik Qrupunun fikrincə, son dövrlər sanki beynəlxalq hüquqa alternativ olaraq “Paralel hüquq” formalaşmaqdadır. “Parelel olaraq bir “de facto hüquq” yaranır ki, burada da əsas səciyyəvi hal ondan ibarətdir ki, hamılıqla qəbul edilən beynəlxalq hüquq prinsipləri selektiv şəkildə yalnız müəyyən ölkələrə nəzərən tətbiq edilir. Məsələn, hümanitar müdaxilə məhfumu beynəlxalq hüquq tərəfindən hamılıqla qəbul edilməsə də, ABŞ tərəfindən bir paralel hüquqi öhdəlik kimi qəbul olunur və daim paralel beynəlxalq hüquq yaradır. Bunu halı həmçinin “de facto hüquq”, “hegemonun hüququ” adlandırmaq da olar.

Digər ekspertlərin fikirncə, son dövrdə “güclü¬nün hü¬ququ”, “yumruq hüququ” kimi yeni anlayışlar əxz etmiş beynəlxalq hü¬quq nəinki milli hüquqların qibtə etməyəcəyi səviyyəyə enmiş, həm də beynəlxalq hü-ququn “gərəksizləşməsi”, habelə güclü dövlətlərin beynəlxalq maraqlarının təminatı “vasitəsi”nə çevrilməsi prosesləri güclənmişdir. Beynəlxalq hüququn “gərəksizləşməsi” prosesi güclü dövlətlərə hü¬dudsuz fəaliyyət azadlığı verir ki, bu da müxtəlif ölkələrin işğalı və dövlətlərin beynəlxalq hüquqlarının pozulması ilə nəticələnən halları kütləviləşdirir.

Bundan başqa, onu da qeyd etmək olar ki, Rusiyanın Ukraynadakı proseslərə kobud müdaxiləsi beynəlxalq hüququn nəinki hegemon Qərb dövlətləri, eləcə də beynəlxalq münasibətlərdə böyük nüfuza malik olan Rusiya tərəfindən də lazım gəldikdə manipulyasiya edilməsi və öz maraqlı çərçivəsində interpretasiya olunmasını müşahidə etməkdəyik.

Lakin təbii ki, beynəlxalq hüququn kobudcasına pozulmasına klassik misallar da gətirmək mümkündür. Özü də bu faktlar elə Qərb ölkələrinin özlərinin araşdırma mərkəzləri və ekspertləri tərəfindən açıq etiraf olunur.

Misal olaraq, beynəlxaq cinayət hüququ sahəsində vəkil olmuş, Haaqa Məhkəməsində və Beynəlxal Cinayət Məhkəməsi daxil olmaqla Ruanda üçün Beynəlxalq Cinayət Tribunalında müştərilərini müdafiə etmək təcrübəsinə malik olan Con Filpot Kanadanın Qlobal Araşdırmalar Mərkəzinin nəşrində bildirib ki, 2014-cü il sentyabr ayının ortalarından başlayaraq Birləşmiş Ştatlarının Suriya və İrakı bombardman etməyi və 2014-cü ilin İyul Avqust aylarında İsrailin Qəzzaya hücumları bir daha Beynəlxalq Hüququn və Beynəlxalq İnsan Hüquqları təşkilatlarının bu qanunsuz təcavüzkar müharibələrin qarşısının alınması, cəzalandırılması və ya vasitəçi olaraq həllinin tapılması sahəsində həddindən artıq zəif olduğunu göstərir.

Bundan başqa, müəllif onu da qeyd edir ki, 2011-ci ilin əvvəllərindən başlayaraq Suriya müxtəlif İslam terrorist təşkilatlarının kütləvi işğalının qurbanı olub. Bu təşkilkatlar Qərbin maraqlarını təmsil edir – Suriyadan Ana Agnès-Mariam de la Kruanın sözü ilə desək “muzdlular” – onlar Birləşmiş Ştatlar, Böyük Britaniya, Fransa, Səudiyyə Ərəbistanı və Qatar tərəfindən dəstəklənir və maliyyələşdirilir. Mülki hədəflərin bombardman edilməsi, mülki əhalinin terror və qətlə məruz qalması, başkəsmə daxil olmaqla, adi bir qaydaya çevrilmişdir. 200 000-ə yaxın insan həlak olub və Suriya ətrafında olan ölkələrdə 2.5 milyona yaxın qaçqın ordusu yaranıb.

Bir çox beynəlxalq hüquq ekspertlərinin fikrincə, Beynəlxalq Cinayət Məhkəməsi də Suriya və Suriya xalqının çəkdiyi əzablara göz yumdu, halbuki, tədbir görə bilərdi. Birləşmiş Ştatlar, Səudiyyə Ərəbistan və Qatar Roma Statutuna qoşulmadığından tam hüquqi cəzasızlıqdan istifadə edirlər.
Lakin başqa bir ölkədə baş verən hadisələrə görə Beynəlxalq Cinayət Məhkəməsi tədbir görmək təcrübəsinə malikdir. Belə ki, Prokurorun təşəbbüsü ilə Kenyada 2007-2008-ci illərdə seçkilərdə zorakılıq nəticəsində baş vermiş daxili münaqişə Beynəlxalq Məhkəmədə sorğulanmışdır. Lakin qeyd etmək lazımdır ki, ciddi daxili problem olan Kenyada baş vermiş zorakılıq Suriyadakı kütləvi ölüm və köçürülmə qədər ağır olmayıb və ağırlıq dərəcəsinə görə təqribən 200/1 nisbətində qəbul etmək olar.

2014-cü ilin sentyabr ayından başlayaraq Birləşmiş Ştatlar Suriyanın şərqi və şimal şərqini bombardman kampaniyasını həyata keçirib. Təhlükəsizlik Şurasının bu hücumlara icazə verən qətnaməsi yox idi. İŞİD təhlükəsi kimi heç bir bəhanə beynəlxalq hüququn bu cür pozulmasına bəraət qazandıra bilməz.

Amerikalı ekspert Ceffri Devid Saks (Kolumbiya Universitetində Yer Kürəsi İnstitutunun direktoru) iddia edir ki, beynəlxalq hüquqda böhran baş verir, bu böhran yalnız Rusiyanın Ukraynadakı faəliyyətinə deyil, Birləşmiş Ştatlar və digər qərb ölkələrinin gücdən istifadə üzrə beynəlxalq qaydalara ümumilikdə etinasız yanaşmalarına əsaslanır. Ukrayna böhranı qədər qorxulu olan, son illərdə beynəlxalq hüquqa ümumilikdə etinasız yanaşmanı da nəzərdən qaçırmaq olmaz.

Rusiyanın son hərəkətlərinin ciddiliyini azaltmadan biz nəzərə almalıyıq ki, onlar beynəlxalq hüququn ABŞ, AB və NATO tərəfindən təkrar pozulması zəminində baş verib. Hər bir bu cür pozuntu kövrək beynəlxalq hüquq sistemini sarsıdır və dünyanın hamının hamıya qarşı vuruşduğu qanunsuz müharibəyə düşmək təhlükəsini yaradır.

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin Analitik Qrupu


Teqlər:





Xəbər lenti