“Eldar Namazov 501-ci təkər idi”
AzVision.az-ın bu sualını cavablandıran Sosial Demokrat Partiyasının həmsədri, politoloq Araz Əlizadə belə bir ehtimalı mümkün hesab etməyib: “Düşünmürəm ki, Eldar Namazov elə bir şəxsiyyətdir ki, İsa Qəmbər və Əli Kərimli ilə bir yerdə bu respublikanı idarə edə bilər. Düzdür, o, savadına görə Əli Kərimlidən də, İsa Qəmbərdən də yüksəkdədir. Amma təkrar edirəm, düşünmürəm ki, Eldar Namazovun idarəçilik qabiliyyəti o dərəcəyə çatıb ki, o, ölkəni idarə edə bilsin”.
Politoloq yeni yaranacaq EL hərəkatına da münasibət bildirib. Araz Əlizadənin fikrincə, bu hərəkatın perspektivi yoxdur: “Əgər bir hərəkatın lideri Eldar Namazovdursa, onda bu hərəkatın perspektivi yoxdur. Çünki Eldar Namazov Heydər Əliyev komandasında 501-ci təkər idi. Hesab etmirəm ki, 501-ci təkər birinci təkər ola bilər”.