ABŞ İran şirkətlərinə sanksiya qoydu

ABŞ İran şirkətlərinə sanksiya qoydu
  24 May 2013    Oxunub:1209
ABŞ-ın Maliyyə Nazirliyi İrana qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiyalara İran dövləti ilə bağlı 12 fiziki şəxsə və 8 şirkətə şamil edilir.
AzVision.az dünya mətbuatına istinadən məlumat verir ki, şirkətlər İrana nüvə proqramı, neft embarqosu və silah proqramları ilə bağlı material daşıdığı üçün siyahıya salınıb.

Malayziyanın “Petro Green” şirkətinə də İranla əməkdaşlığa görə sanksiya qoyulub. İranın üç nəqliyyat şirkəti isə çoxdan tətbiq olunmuş sanksiyaları pozduqları üçün siyahıya salınıb. ABŞ-ın iki şirkəti isə İrana nüvə proqramında kömək etməkdə ittiham edilib.

Cəza verilən fiziki şəxslər “Petro Swiss Intertrade” şirkətinin rəhbəri Məsud Bahaduri, İranın milli neft şirkətinin maliyyə direktoru Mahmud Nikusohan və İranın müdafiə nazirinin müavini Rza Müzəffərini olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti