Fransada eynicinslilərin nikahına qarşı aksiya - VİDEO

Fransada eynicinslilərin nikahına qarşı aksiya - VİDEO
  27 May 2013    Oxunub:1177
Fransanın paytaxtı Parisdə bir milyondan çox insan küçəyə çıxaraq qəbul olunmuş eynicinslilərin nikahı qanununa qarşı aksiya keçiriblər.
AzVision.az qərb mətbuatına istinadən xəbər verir ki, etiraz edən insanlar “Tobira qanunu”nun (Fransanın ədliyyə naziri Kristian Tobiranın adını daşıyan) ləğv olunmasını tələb ediblər.

Polislər şəhərin mərkəzində etirazçıların sayının 150 min olduğunu söyləsələr də, təşkilatçılar aksiyada iştirak edənlərin bir milyondan çox olduğunu iddia ediblər.

Polislə etirazçılar arasında toqquşma baş verib və təxminən 100 nəfər həbs olunub.

Xatırladaq ki, eynicinslilərin nikahı haqqında qanun Fransa prezidenti Fransua Olland tərəfindən keçən həftə imzalanıb.



AzVision.az


Teqlər:  





Xəbər lenti