Bakıda daha bir beynəlxalq forum
AzVision.az Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, forumun əsas tərəfdaşları qismində YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub mərkəzi, İSESKO, BMT-nin Dünya Turizm Təşkilatı çıxış edir.
Forum çərçivəsində Azərbaycanın şərqlə-qərbin, müxtəlif mədəniyyətlərin kəsişməsində yerləşməsi nəzərə alınaraq ilk dəfə Dünya Forumu Nazirlər Konfransı keçiriləcək.
Forumda bir çox beynəlxalq qurumların rəhbərlər şəxsləri, o cümlədən YUNESKO-nun Baş Konfransının Prezidenti Katalin Bogyay, BMT-nin Sivilizasiyalar Alyansının rəhbəri Nasir Əbdüləzizəl-Naser, İSESKO-nun Baş Direktoru Əbdüləziz bin Osman əl-Tüveycri, TÜRKSOY-un Baş Katibi Düsen Kaseinov, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş Katibin müavini Qismət Gözəlov, bir neçə ölkənin hazırki və keçmiş prezidentləri, dünyanın 100-dən çox ölkəsindən nazirlər, ekspertlər, beyin mərkəzlərinin rəhbərləri, alimlər və mədəniyyətlərarası dialoqla məşğul olan mərkəzlərin yüksək səviyyəli nümayəndələri iştirak edəcəklər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci ilin 27 may tarixində imzaladığı sərəncamı ilə Forum hər iki ildə bir dəfə Bakıda keçirilir və tədbirin əlaqələndirici qurumu kimi Mədəniyyət və Turizm Nazirliyi təyin edilib.