Dünyanın ən nüfuzlu cütlükləri

Dünyanın ən nüfuzlu cütlükləri
  28 May 2013    Oxunub:1295
Forbes jurnalı hər il olduğu kimi dünyada ən nüfuzlu cütlüklərin siyahısını tərtib edib. Zirvədə Barak Obama və Mişel Obama cütlüyü dayanır. Bununla, Mişelin ərindən daha məşhur olduğu təsdiq olunub.
Sonrakı pillədə Melinda və Bil Qeyts dayanır. Bilin sərvəti 67 milyard dollar qiymətləndirilir. Melindanın yaratdığı xeyriyyə fondu isə ehtiyacı olan insanlara yardım göstərir.

Cey-Zi və Beyons cütlüyü də bu siyahıda yer alıb. Qeyd edək ki, Beyons hətta yanvar ayında keçirilən Barak Obamanın inauqurasiya mərasimində milli himni ifa edib.

Ancelina Coli və Bred Pit cəmiyyətə əhəmiyyətli təsir göstərən cütlükdür. Mastektomiyadan əziyyət çəkən xanımına dəstək olan Bred təkcə kişilərə deyil, eyni zamanda bu xəstəlikdən əziyyət çəkən qadınlar üçün də nümunə olub.

Hazırda siyasətlə əlaqələri olmasa da, ABŞ-ın keçmiş prezidenti Bil Klinton və keçmiş dövlət katibi Hillari Klinton əvvəlki kimi dünyada ən nüfuzlu cütlüklərdən biridir.

Jerar Pike və Şakira dünyada nüfuzlu cütlüklərindəndir. Şakira YUNİCEF-in səfiri, Pike isə “Barselona” klubunun futbolçusudur.

Digər nüfuzlu cütlüklərin arasında Jizel Bundxen və Tom Bredi, Böyük Britaniyanın kraliçası II Yelizaveta və əri şahzadə Filip, Barri Diller və Diana fon Fyurstenberq, Mayk Nikols və Dayana Soyer kimi məşhur şəxsiyyətlər də vardır.

AzVision.az


Teqlər:  





Xəbər lenti