Kilsənin şərabı qurtardı

Kilsənin şərabı qurtardı
  28 May 2013    Oxunub:1871
Venesuelanın katolik kilsəsi ibadətlərin keçirilməsi üçün istifadə olunan ehtiyat şərabın qurtardığını bildirib.
AzVision.az dünya mətbuatına istinadən məlumat verir ki, defisit vəziyyət şərabın yeganə istehsalçısının onu kilsəyə satmaması barədə qərarından sonra yaranıb.

Keşişlərin sözlərinə görə, ehtiyat şərab yaxın iki aya qurtaracaq. Kilsənin həmin şərabı xarici ölkədən alıb-almayacağı məlum deyil.

Xatırladaq ki, Venesuela son vaxtlar ilkin ehtiyac mallarının - süd, kərə yağı, qəhvə çatışmazlığı ilə üzləşir.

Bəzi ekspertlərin fikrincə, yaranmış vəziyyətə səbəb sosialistlərin populist siyasətidir. Hökumət isə öz növbəsində yaranmış vəziyyətdə müxalifəti və KİV-i ittiham edir. Guya onlar ölkədə vəziyyətin stabilliyi pozmağa çalışırlar.

AzVision.az


Teqlər:  





Xəbər lenti