Rusiya-İsrail müharibəsi başlaya bilər

Rusiya-İsrail müharibəsi başlaya bilər
  29 May 2013    Oxunub:1144
"Əgər Rusiya Suriyaya raket versə, biz nəyə qadir olduğumuzu göztərəcəyik"
İsrailin Müdafiə naziri Moşe Yaalon belə bir bəyənatla çıxış edib. O bildirib ki, rəsmi Təl-Əviv sözügedən məsləylə bağlı dəfələrlə Moskva ilə danışıqlar həyata keçirib. Amma bütün bunlara baxmayaraq, Rusiya qərarından dönməyib. "Biz qeyd etməliyik ki, S-300 raketlərinin Suriyaya satılması İsrail üçün birbaşa təhlükədir. Əgər raketlər Suriyaya çatsa, Təl-Əviv təhlükəsizliyinin təmini üçün Suriyanı bombalayacaq".

Bunun Əsəd rejiminin sonu olacağını deyən yəhudi nazir bəyan edib ki, onlarda olan kəşfiyyat məlumatlarına əsasən Əsəd rejiminin əsas hədəfi İsraildir. Onun sözlərinə görə, Suriya hakimiyyəti İsrailin müstəqilliyi və suverenliyi üçün birbaşa təhlükədir. Buna görə də Təl-Əviv qabaqlayıcı tədbirlərə artıq başlayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti