Əbülfəs Qarayev xəbərdarlıq edib

Əbülfəs Qarayev xəbərdarlıq edib
  29 May 2013    Oxunub:1492
Nazirlik bəzi turizm müəssisələrinə fəaliyyətlərindəki çatışmazlıqları aradan qaldırmaq üçün iyunun 15-dək vaxt verib.
Azvision.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

Nazirin sözlərinə görə, belə ki, yay turizm mövsümünə hazırlıq məqsədilə keçirilən monitorinq zamanı turizm müəssisələrinə fəaliyyətlərində nöqsanlar olub və onlara göstərişlər verilib.

Ə.Qarayevi onu da vurğuladı ki, monitorinq keçirilmədən öncə bütün turizm müəssisələrinə xüsusi sorğu göndərilib:
"Ona görə də, düşünürəm ki, həmin sorğu əsasında turizm müəssisələri monitorinqə hazırlaşa bilərdi. Məqsəd turizm müəssisələrində dincəlmək istəyən vətəndaşların istirahətlərini daha yaxşı təşkil etməkdir. Yəni onlar istirahətlərini yalnız hotellərdə qalmaqla yekunlaşdırmamalıdırlar. Onlar üçün ekskursiyalar, səyahətlər təşkil edilməlidir"-deyə nazir qeyd edib.




Teqlər:  





Xəbər lenti