İran terrorist şəbəkəsi yaratmaqda ittiham olundu

İran terrorist şəbəkəsi yaratmaqda ittiham olundu
  30 May 2013    Oxunub:1323
Argentina İranı 1980-ci illərdə Latin Amerikasında terrorist şəbəkəsi yaratmaqda ittiham edib.
AzVision.az The Telegraph-a istinadən məlumat verir ki, müstəntiq Alberto Nisman əldə etdiyi faktları məhkəməyə verəcəyini bildirib. Hazırda müstəntiq 1994-cü ildə Buenos-Ayresdə yəhudi cəmiyyətində törədilən partlayışı araşdırır. Həmin partlayışda 85 nəfər həyatını itirmişdi. Argentina məhkəmələri İranı partlayışı təşkil etməkdə təqsirləndirib.

Nüvə proqramına görə dünya gücləri ilə mübahisə yaşayan İran partlayışla əlaqəsinin olmadığını bildirib.

Nisman 500 səhifəlik sənəddə Argentina, Braziliya, Paraqvay, Çili, Kolumbiya, Syurinam, Trinidad və Tobaqoda İran kəşfiyyatının və terrorist şəbəkəsinin mövcudluğunu sübut etməyə çalışıb.

AzVision.az


Teqlər:





Xəbər lenti