“Ölümümdə heç kimin günahı yoxdur”

“Ölümümdə heç kimin günahı yoxdur”
  19 Fevral 2013    Oxunub:2402
62 yaşlı kişi özünü güllələyərək öldürüb.
Azərbaycanın Sumqayıt şəhərində intihar hadisəsi baş verib. Şəhər Prokurorluğundan verilən məlumata görə, hadisə şəhərin köhnə Corat qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 62 yaşlı Ədalət Əbülfət oğlu Quliyev yaşadığı evdə “Vençestr” markalı silahdan başına atəş açaraq özünü öldürüb.

Mərhum intihar etməzdən əvvəl məktub yazıb. Məktubda o, ölümündə heç kimin günahı olmadığını qeyd edib. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.


Teqlər:





Xəbər lenti