Müsəlmanlar xristianları üstələyəcək

Müsəlmanlar xristianları üstələyəcək
  31 May 2013    Oxunub:1251
Britaniyanın hazırkı vəziyyətini Şərqi Londonda çəkilmiş foto ilə təsvir etmək mümkündür.
Fotoda iki xristian kilsəsi və bir məscid təsvir olunub. 18 əsrdə tikilmiş və 1200 nəfər üçün nəzərdə tutulmuş Müqəddəs Georgi kilsəsində cəmi 12 nəfər vardır. Müqəddəs Mariya kilsəsində də vəziyyət eynidir - 1000 nəfərin iştirakı üçün nəzərdə tutulan kilsəyə cəmi 20 nəfər gəlib.

Qonşu küçədə yerləşən məsciddə isə başqa problem yaşanır. Namaz qılmağa gələn yüz nəfər məscidi demək olar ki doldurub. Məsciddə yer tapmayan digər müsəlmanlar isə məcburən namazlarını küçədə qılırlar.

Fotolara və statistikaya əsaslanaraq belə nəticə əldə etmək olar ki, İngiltərədə xristianlıq keçmişin, İslam isə gələcəyin dinidir. Son on il ərzində İngiltərə və Uelsdə xristianların sayı 71,7 %-dən 59,3 %-ə düşüb. Digər tərəfdən müsəlmanların sayı 3 %-dən 4,8 %-ə qədər artıb və hazırda 2,7 milyon təşkil edir.

Statistikaya əsasən ekspertlər bildirirlər ki, 20 ildən sonra məscidə gələnlərin sayı, kilsəyə gələnlərin sayını ötərək üstünlük təşkil edəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti