Xəyanətə görə təkcə daşa basmayacaqlar

Xəyanətə görə təkcə daşa basmayacaqlar
  31 May 2013    Oxunub:2804
İran hökuməti Cinayət məcəlləsinin ər-arvadın bir-birinə xəyanətinə dair maddələrindən birinə dəyişiklik edib. Şəriət qaydalarına görə, bir-birinə xəyanət edən ər-arvada daşa basılmaqla ölüm cəzası verilirdi.
İranın Cinayət məcəlləsinə edilən düzəlişə əsasən, əgər ittiham olunanın daşa basılması cəzasını həyata keçirmək mümkün deyilsə, onda hakim cəzanı başqası ilə əvəz edə bilər. Lakin qanundakı yeni düzəlişə görə konkret cəza forması haqqında hələ məlumat yoxdur.

İranda ər-arvadın bir-birinə xəyanətinə görə tətbiq edilən sərt cəza beynəlxalq hüquq müdafiə təşkilatları, BMT və Qərb ölkələri tərəfindən dəfələrlə tənqid olunub. Beynəlxalq hüquq müdafiə təşkilatlarının məlumatlarına görə, 1980-ci ildən İranda daşa basma ilə 150 ölüm hadisəsi baş verib. İran ölüm cəzasının sayına görə ABŞ, Şimali Koreya və Səudiyyə Ərəbistanı ilə bərabər səviyyədə olmaqla dünyada birinci yeri tutur.

AzVision.az


Teqlər:





Xəbər lenti