Azərbaycanda tikinti ilə bağlı yeni tələb

Azərbaycanda tikinti ilə bağlı yeni tələb
  29 May 2015    Oxunub:1867
Əlillərin ictimai mühitdən təcrid olunmaması məqsədilə bir sıra işlər görülür.
AzVision.az anspress-ə istinadən bildirir ki, yeni gətirilən avtobus və taksilərdə bu xarakteristika nəzərə alınıb. Amma tədbirlər bununla bitmir. Müvafiq qurumun tapşırığına əsasən yeni tikilən binalarda əlillərin tikiliyə daxil olması üçün şərait yaradılacaq.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov deyir ki, Tikinti Arxetiktura Komitəsi tərəfindən təqdim olunan layihədə, bütün binalarda və obyektlərdə əlillərin sərbəst hərəkəti üçün şərait yaradılacaq. Əgər bu şərtlər layihədə öz əksini tapmasa, onda ekspertizadan keçməyəcək.


Teqlər:





Xəbər lenti