Saakaşvili büdcəni botoksa xərclədi

Saakaşvili büdcəni botoksa xərclədi
  31 May 2013    Oxunub:1149
Gürcüstan prezidenti Mixail Saakaşvili dövlət büdcəsindən botoks əməliyyatına pul xərcləməkdə ittiham olunub.
AzVision.az xarici mətbuata istinadən məlumat verir ki, Saakaşvili Nyu-York klinikasında iki əməliyyata 11400 dollar pul xərcləyib.

Prezident ilk əməliyyatı 2009-cu ildə keçirib və 5600 dollar xərcləyib. 2011-ci ildə edilən ikinci botoks Saakaşviliyə 5800 dollara başa gəlib. Eyni zamanda, prezident amerikalı aktrisanın portretinə 5993 funt sterlinq xərcləyib.

Büdcədən bu qədər məbləğin xərclənməsinə görə Saakaşvili sorğuya çəkiləcək.

Saakaşvili öz növbəsində, ölkəyə investisiya cəlb etmək üçün pulları turizmə və ispaniyalı aşpaza xərclədiyini izah edib.

AzVision.az


Teqlər:





Xəbər lenti