`Cəmil Həsənli Heydər Əliyevin qarşısında baş əyib`

`Cəmil Həsənli Heydər Əliyevin qarşısında baş əyib`
  29 May 2015    Oxunub:6112
Bu gün Milli Məclisin yaz sessiyasının son iclasında çıxış edən millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, çox qısa müddətdə Azərbaycan hökuməti Birinci Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşıb.
AzVision.az-ın məlumatına görə, deputat göstərilən səylərə görə, birinci xanım Mehriban Əliyevaya təşəkkürünü bildirib.

`Təşkilat Komitəsinin sədri, deputat həmkarımız Mehriban Əliyeva başda olmaqla, bu istiqamətdə xidməti olan hər kəsə təşəkkür edirəm`.

BAXCP sədri Qüdrət Həsənquliyev sabah Milli Şura adlanan qurumun mitinq təyin etməsinə də münasibət bildirib: `Mitinqə qatılmayacaq insanları təhqir edirlər. Onları qorxaqlıqda ittiham edirlər. Belə olmaz. Bu bir şantajdır. Bu adamlar bəyan edirlər ki, biz azərbaycanlı olduğumuza görə utanırıq. Əvvəla, onlar özləri üçün utana bilərlər`.

Qüdrət Həsənquliyev Milli Şura sədri Cəmil Həsənlini də tənqid edib: `O dəfələrlə bizimlə bərabər Heydər Əliyevin məzarını ziyarət edib. Onun yazdığı kitablarla tanışıq. Ona görə də, deputat seçilmədikdən sonra başlayıb ağlına və ağzına gələni danışmağa. AXC hakimiyyətində Əli Kərimli güc strukturlarını kurasiya edirdi. Lakin Gəncə hadisələrində Surət Hüseynovun etdiklərini hamı gördü. İndi belə insanlara niyə etimad edilməlidir ki? İnsanları təhqir edirlər ki, qorxaqsınız, qürurunuzu qoruyun və s. Bir özünüzə baxın sonra danışın`

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti