Rusiya Cənubi Qafqazda sabitliyin qorunmasında maraqlıdır

Rusiya Cənubi Qafqazda sabitliyin qorunmasında maraqlıdır
  31 May 2013    Oxunub:1178
Rusiya prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy belə deyib
Həm Azərbaycan, həm də Ermənistan üçün dialoq qurmaq vacibdir. Bu fikirdə olan Rusiya prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy Azərbaycan və Ermənistan ziyalıları arasında dialoqun bərpa olunması üçün ciddi işlərin görülməsinin vacibliyini vurğulayıb:

"Azərbaycan və Ermənistan ziyalılarının Dağlıq Qarabağda görüşü hələlik dayandırılıb. Bu müxtəlif daxili səbəblərlə bağlıdır. İcmalar arasında görüşün təşkili istiqamətində işi davam etdirəcəyəm.

Düşünürəm ki, ictimaiyyət baş verənlərlə bağlı məlumatlı olmalıdır. Mən həmişə övladlarını müharibədə itirə biləcək ana və ataları düşünürəm."

AzVision.az


Teqlər:  





Xəbər lenti