`Cahangir Hacıyev oğlumu aldatdı` – Deputat

`Cahangir Hacıyev oğlumu aldatdı` – Deputat
  30 May 2015    Oxunub:15930
“Cahangir Hacıyev 7 il əvvəl oğlumu aldatdı. Onlar şərik iş görəcəkdilər. Amma Allaha min şükür ki, oğlum ondan uzaqlaşdı”.
Bunu AzVision.az-a açıqlamasında millət vəkili Fərhad Qəribov deyib.

Oğlunun Cahangir Hacıyevin işi ilə bağlı saxlanılması haqda xəbərlər yayılan deputat hesab edir ki, Parlament seçkisi öncəsi ona qarşı qarayaxma kampaniyası aparılır.

“Seçkiqabağı həmişə belə xəbərlər yazırlar. Kimin ağlına nə gəldi yazırlar. Oğlanlarımın ikisi də yanımdadır. Heç bir problemləri də yoxdur”.

Deputat daha sonra bildirib ki, oğlu Elnur Qəribov bir neçə il bundan əvvəl Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevlə şərikli iş qurub: “Oğlum yeddi il öncə Cahangir Hacıyevdən uzaqlaşıb. Vaxtilə ortaq iş qurmaq istəyirdilər. Cahangir Hacıyev oğlumu aldatdı və onların işi alınmadı. Övladlarımın hər ikisi azadlıqda və öz işlərini davam etdirirlər. Hesab edirəm ki, seçki ili olduğu üçün bu cür həqiqəti əks etdirməyən məlumat yayırlar”.

Kürəkənin ölkədən qaçması məsələsinə gəlincə, F.Qəribov bildirib ki, Vüqar Qurbanov hazırda Türkiyədədir: “Kürəkənim ölkədən qaçmayıb. Türkiyəyə gedib və sabah gələcək. Burada nə var ki? Kimsə xarici ölkəyə gedə bilməz ki?”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti