Sumqayıt maşınları Bakıya buraxılmayacaq - Qadağa

Sumqayıt maşınları Bakıya buraxılmayacaq - Qadağa
  01 İyun 2015    Oxunub:4075
Bu gündən başlayaraq rayon maşınları Bakıya buraxılmayacaq.

Yeni qərara görə, rayon qeydiyyatı olan avtomobillər üçün paytaxtın iki girişində xüsusi dayanacaqlar yaradılıb. Dayanacaqlar paytaxtın qərb istiqamətində girişi üçün Qaradağda, şimal ərazisindən gələnlər üçün isə “Xırdalan dairəsi” ərazisində yaradılacaq. Həmin dayanacaqlarda rayondan gələn avtomobillər saxlanılacaq.

Rayondan gələn vətəndaş maşınını həmin dayanacaqda saxlayacaq və Bakıya gələcək. Həmin prosesə yol polisi nəzarət edəcək.

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev AzVision.az-a açıqlamasında bildirib ki, bu qadağa Sumqayıt maşınlarına da aiddir.

“Bu qadağa rayon qeydiyyatında olan maşınlarla yanaşı Sumqayıt şəhəri və Abşeron rayonu qeydiyyatında olan maşınlara da aiddir. Burada məqsəd sürücülərin rahatlığını təmin etməkdir. Bir neçə gün sonra Bakı-Sumqayıt qatar yolu istifadəyə veriləcək. Bölgələrdən gələn minik maşınlarının isə şəhər ətrafında saxlanılması üçün dayanacaqlar var. Bu, I Avropa Oyunları zamanı əhalinin rahatlığı üçün düşünülmüş bir addımdır. Bakı qeydiyyatında olan bütün avtomobillərin paytaxtda rahatlıqla hərəkət edə biləcək”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti