“Cəmiyyət Milli Şuranı boykot etməlidir”

“Cəmiyyət Milli Şuranı boykot etməlidir”
  01 İyun 2015    Oxunub:1555
“Milli Şuranın Avropa Oyunları ərəfəsində mitinq keçirməsi yolverilməz idi”
Bunu AzVision.az-a Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib. Milli Şuranın mayın 30-da keçirdiyi mitinqə münasibət bildirən VİP sədri hesab edir ki, bu, Azərbaycanı sevməyən qüvvələrin təxribatıdır.

“Hər bir siyasi addımın arxasında milli maraqlara söykənən məsuliyyət durmalıdır. Biz hamımız bilirik ki, ölkə bütövlükdə böyük insan kütləsi qarşısındadır. Bunun kim tərəfindən keçirilməsi, təşkilatçının kim olması, məsuliyyətinin kimin üzərinə düşməsi suallar müxalifət təşkilatlarını narahat etməməlidir. Avropa Oyunları ümummilli tədbir kimi qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycanın Avropa Oyunları ilə bağlı təşkilatçılığı, öncüllüyü Azərbaycanı sevməyən qüvvələri narahat edir və düşmən qüvvələri də hərəkətə keçməyə vadar edir. Hətta Avropa Birliyinin İnsan Haqları ilə bağlı son təyin olunmuş dinləməsi məhz Azərbaycana təzyiq məqsədi daşıyır. Belə mürəkkəb şəraitdə gərginlik yaratmaq düzgün deyil”.

Ə.Əliyev hesab edir ki, sonuncu mitinq göstərdi ki, Milli Şuraya xalqın etibarı yoxdur.

Onun sözlərinə görə, vəziyyətin nə qədər ağır olmasına baxmayaraq, Milli Şuranın mitinqi boykot kimi qiymətləndirilməlidir.

Gültəkin Ələsgər


Teqlər:





Xəbər lenti