"ATƏT sədrindən xahiş etdim ki, girov məsələsini qaldırsın" - Məmmədyarov

"ATƏT sədrindən xahiş etdim ki, girov məsələsini qaldırsın" - Məmmədyarov
  01 İyun 2015    Oxunub:1756
“ATӘT-in fәaliyyәtdә olan sәdrindәn xahiş etdim ki, İrәvanda olarkәn azәrbaycanlı girovların mәsәlәsinә toxunsun. Onlar tezliklә öz vәtәnlәrinә qayıtmalıdır”.
Bu sözlәri Azərbaycanın xarici işlәr naziri Elmar Mәmmәdyarov ATӘT-in fәaliyyәtdә olan sәdri, Serbiyanın xarici işlәr naziri İvitsa Daçiçlә görüşdәn sonra keçirilәn mәtbuat konfransında deyib.

Nazir xatırladıb ki, ATӘT-in Minsk Qrupunun hәmsәdrlәri birbaşa Dağlıq Qarabağ münaqişәsinin hәlli ilә mәşğuldular: “Azәrbaycan münaqişәnin hәlli ilә bağlı son sәnәdlәr üzәrindә tam şәkildә işlәmәyә hazırdır. Gözlәyirik ki, İrәvanda keçirilən görüşlәrdә bu mәsәlә yerindәn tәrpәnәcәk”.

Nazir eyni zamanda qeyd edib ki, cənab Daçiçin səfərindən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansısa irəliləyiş olacağını gözləyir: "Artıq məsələni yerindən tərpətmək vaxtı yetişibBütün tərəflər münaqişənin həllində maraqlıdır. Həmsədr ölkələr də çalışır ki, məsələ yerindən tərpənsin. Ola bilsin ki, yaxın vaxtarda həll üçün görüş olmasa da, hansısa yol seçilməsi üçün görüş baş tutsun. Təbii ki, bu, Minsk qrupu formatı çərçivəsində olacaq".
(Apa)


Teqlər:





Xəbər lenti