Bulvarda çay içmək istəyənlər bunu oxusun

Bulvarda çay içmək istəyənlər bunu oxusun
  01 İyun 2015    Oxunub:8083
Sosial şəbəkələrdə bulvarda çayın qiymətinin ilə bağlı məlumatlar yayılıb. Belə ki, Milli Parkın ərazisində yerləşən hər hansı bir çayxana və kafedə çay içərkən sadə çayı 2 manata, mürəbbə ilə çayı 3 manata verməsələr, artıq pul istəsələr müştərilər 0552827000, 0124801836 nömrələrinə şikayət edə bilərlər. Bu nömrələr daima işləyir və baha çay verən obyekt sahiblərini cərimə edirlər.

Bununla bağlı Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov AzVision.az-a bildirib ki, neqativ hallarla rastlaşan sakinlərimiz günün 24 saatı, həftənin 7 günü aktiv olan bulvarın “Qaynar xətti”nə - 055 282 70 00, 012 480 18 36 nömrələrinə zəng edə bilərlər.

Rəis müavini bildirib ki, bu telefon çağırışlarını özü cavablandırır və “Qaynar xətt”ə ayda bir neçə dəfə zənglər daxil olur:

“Daxil olan şikayətlər araşdırılır. Əgər kimsə 2-3 manatlıq çaya görə vətəndaşdan artıq pul tələb edirsə, “mütləq çayın yanında çoxsaylı şirniyyat almalısan” tələbini qoyursa cəzalandırılır. Araşdırmalar zamanı o da məlum olur ki, şikayətlər bəzən vətəndaş və xidmət işçisi arasında anlaşılmazlıqlardan yaranır. Əgər Bulvar ərazisində hər hansı bir çayxana və kafedə çay sifariş edərkən “bizdə sadə çay olmur, yanında mütləq nəsə sifariş etməlisiniz” deyilirsə, mütləq göstərilən “qaynar xətt” nömrələrinə zəng etmək lazımdır”.


Teqlər:  





Xəbər lenti