`NATO-Azərbaycan əlaqələri güclənəcək` -Səfir

`NATO-Azərbaycan əlaqələri güclənəcək` -Səfir
  01 İyun 2015    Oxunub:1124
İyunun 1-də Rumıniyanın Azərbaycandakı səfirliyi NATO-nun Azərbaycanda rezident-əlaqələndiricisi vəzifəsi çərçivəsində “Azərbaycan-NATO tərəfdaşlığının hazırkı durumu və perspektivləri” mövzusunda dəyirmi masa keçirib.
Səfirlikdən AzVision.az-a verilən məlumata görə, tədbirdə səfirlər, hərbi attaşeləri, NATO-nun Cənubi Qafqaz üzrə ofisinin nümayəndələri iştirak edib.

Rumıniyanın Azərbaycandakı səfiri Kristian Daniel Çiobanu çıxışında bildirib ki, səfirliyin Naxçıvan, Şamaxı, Şəmkir, Mingəçevir, Bərdə və Qubada keçirdiyi görüşlər Azərbaycanın müxtəlif regionlarında NATO barədə informasiyaların yayılmasına və gənc nəslin NATO siyasəti və dəyərləri barədə xəbərdar olmasına xidmət edir. Səfir qeyd edib ki, NATO-Azərbaycan əməkdaşlığı strateji dəyərə malikdir və uğurla inkişaf edir: “Rumıniya Azərbaycanın Şimali Atlantika alyansı ilə əməkdaşlığını və onun Avro-Atlantik Tərəfdaşlıq Şurasında rolunu yüksək qiymətləndirir. Bakı NATO-nun güclü və etibarlı tərəfdaşıdır. Rumıniya əmindir ki, NATO-Azərbaycan əlaqələri gələcək illərdə daha da güclənəcək”.


Teqlər:  





Xəbər lenti