Nazirlə görüş olacaq

Nazirlə görüş olacaq
  02 İyun 2015    Oxunub:1455
İyunun 5-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Şəkidə Oğuz, Şəki və Qax rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vətəndaşların qəbulu saat 11-dan etibarən Şəki Olimpiya İdman Kompleksində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün nazirliyin [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar, nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin nazirliyin Şəki-Zaqatala regional bölməsi (əlaqə telefonu: (02424) 4-27-11, (050) 391-75-72, faks: (02424) 4-37-67) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar nazirliyin internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış “İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsi ilə də qəbula yazıla bilərlər.


Teqlər:





Xəbər lenti