Buraxılış imtahanlarının vaxtı açıqlandı

Buraxılış imtahanlarının vaxtı açıqlandı
  01 İyun 2015    Oxunub:532
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyun ayında respublikanın bütün orta ümumtəhsil müəssisələrində mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək.
TQDK-dan AzVision.az-a verilən məlumata görə, buraxılış imtahanları təsdiq olunmuş qrafikə uyğun olaraq 2, 6, 11, 16 iyun tarixlərində aparılacaq.

Bu imtahanlarda Respublika üzrə 88151 nəfər XI sinif, 107236 nəfər isə IX sinif şagirdinin iştirakı gözlənilir.

Eyni gündə saat 10:00-da buraxılış sinfinin IX, saat 15:00-da isə XI sinif şagirdləri öz biliklərini nümayiş etdirəcək.

İmtahanlar şəhər, rayon, qəsəbə və kənd yaşayış məntəqələrində ümumilikdə 273 imtahan mərkəzində aparılacaq.

Qeyd edək ki, ilk imtahan sabah, iyunun 2-də, Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti