İndi ləvğ olundu

İndi ləvğ olundu
  19 Fevral 2013    Oxunub:1781
ABŞ-ın Missisipi ştatında quldarlıq rəsmi şəkildə bu il, 148 ildən sonra ləğv edilib
Missisipi quldarlığı ləğv edən ABŞ Konstitusiyasına 13-cü düzəlişi ratifikasiya edən sonuncu ştatdır. Bu həmin düzəlişin bütün ölkə ərazisində qüvvəyə minməsindən 148 il sonra, 2013-cü ilin fevral ayının 07-də baş verib.
Əslində məsələ belə olub. Missisipi universitetinin neyrobiologiya və anatomiya üzrə professoru, doktor Rancu Batre ötən il Stiven Spilberqin "Linkoln" filminə baxdıqdan sonra ştatlardan hər birinin 13-cü düzəlişi nə vaxt ratifikasiya etdiyini bir daha dəqiqləşdirmək istəyib. Məlum olub ki, Missispi hələ indiyədək bu addımı atmayıb.
Araşdırma üzə çıxarıb ki, ştatın senatı və nümayəndələr palatası 1995-ci ildə birmənalı şəkildə 13-cü düzəlişi ratifikasiya etsələr də, o rəsmi şəkildə qüvvədə olmayıb. Çünki bunun üçün sənədin bir nüsxəsi ABŞ Federal reyestrinə təqdim olunmalı idi. Lakin bu edilməyib.
Doktor Batra bu barədə müvafiq orqanları xəbərdar edib və 7 fevral 2013-cü ildə Federal reyestrin direktoru Çarlz Bart bəyan edib ki, düzəliş rəsmi şəkildə ratifikasiya edildi.
Xatırladaq ki, ABŞ Konstitusiyasına 13-cü düzəliş 6 dekabr 1865-ci ildə qüvvəyə minib. Bir sıra ştatlar bu düzəlişi 100 ildən sonra ratifikasiya ediblər. Məsələn, Kentukki ştatı 1976-cı ildə belə bir addım atıb. Lakin sonuncu olmayıb. Hər halda sonuncu pilləsinə Missisipi sahib olub.


Teqlər:  





Xəbər lenti