Nazirlik tutuquşuya görə kompensasiya ödədi

Nazirlik tutuquşuya görə kompensasiya ödədi
  03 İyun 2013    Oxunub:1618
Böyük Britaniyanın Hərbi Hava Qüvvələrinin təyyarəsinin səsi tutuquşunu öldürdüyü üçün Müdafiə Nazirliyi onun sahibinə 2200 funt sterlinq pul ödəyib.
AzVision.az Mirror-a istinadən məlumat verir ki, Böyük Britaniyanın Hərbi hava Qüvvələrinə məxsus təyyarə aşağıdan uçduğu üçün tutuquşunun ölümünə səbəb olub. Hadisə Erşir qraflığında baş verib.

Qeyd edək ki, son üç ildə Britaniya Hərbi Hava Qüvvələrinin alçaqdan uçan təyyarələri təxminən 200 şikayətə səbəb olub. Müdafiə Nazirliyi tərəfindən ödənilən kompensasiyanın ümumi məbləği 1,4 milyon funt sterlinqdir.

AzVision.az


Teqlər:  





Xəbər lenti