Vaqif Səmədoğlu: “Ancelina Coliyə ağzıma gələni dedim”

Vaqif Səmədoğlu: “Ancelina Coliyə ağzıma gələni dedim”
  05 İyun 2013    Oxunub:3557
“174 illik araq normamı içmişəm”
Doğuldum 1939-da.
1937-də tutuldum.
48-də nənəm öldü,
ömrümdə ilk dəfə
ölüyə ağladım
Balıqlar saxladım
akvariumda.
Açıq qaldı pəncərəm
bir qış gecəsi.
Dondu balıqlar...
İndi 1965-in
yanvar gecəsidir.
Deyəsən yaşamaq istəyirəm

Bu gün Azərbaycanın Xalq şairi, dramaturq, publisist, Vaqif Səmədoğlunun 74 yaşı tamam olur. Azvision.az xalq şairi ilə əlaqə saxlayaraq, doğum gününü təbrik edib və ondan kiçik ad günü müsahibəsi alıb.

- Vaqif müəllim, doğum gününüzü təbrik edirik, neçə belə illərə..
- Çox sağ olun qızım, təşəkkür edirəm.

- Ad gününüzü necə keçirəcəksiniz?
- Evdə, həyat yoldaşım, qızlarım və nəvələrimlə birgə.

- Yəqin ki, süfrədə araq olacaq. Qazaxlıların süfrəsindən araq əskik olmaz.
- Yox, qızım, Bu dəfə süfrədə araq olmayacaq. Çünki mənim 74 yaşım var. Amma 174 illik araq normamı içmişəm. Daha kifayətdir, bəsimdir. Yəqin ki, kampotdan, sudan içərəm.

- Daha içmirsiniz? Yəqin tərgitmisiniz..
- Yox, özüm istəmirəm. Mən heç vaxt heç nəyi tərgitmirəm, sadəcə olaraq bezirəm. Heç vaxt da heç kəsdən küsmürəm.

- Birinci təbriki kimdən aldınız?
- Benyamin Netanyahu, ondan sonra da Mahmud Əhməd Necat. Onlardan sonra da Anjelino Coli zəng vurdu. Mən də ona dedim ki, mənə demədən, niyə əməliyyat etdirmisən? Ağzıma gələni ona dedim.

- Bəs kim nə hədiyyə etdi?
- Birinci hədiyyəmi 9 yaşlı nəvəm Aylam verib. Balaca bir dəftərçədə mənə şeir yazıb. Üstünü bəzəyib, sonra da təbrik yazıb.

- Bəs şeirin adını nə qoyub?
- “Babam” O qaldırıb məni uca dağlar başına.

- Qocalıq öz sözünü deyirmi? Bəzən deyirlər ki, qocalmamışam, mən ruhən cavanam.
- Yalan söhbətdir. Bədən sağlam olmasa ruhən cavan qalmaq boş sözdür. Yaşımla bağlı müəyyən xəstəliklərim var. İndi də səhhətimlə bağlı müalicə olunuram.Şair yaşa dola bilər, amma qocala bilməz. Şairin qocalmağa ixtiyarı yoxdur. Şairin qocalsa o,yaza bilməz.

Qızım zəngin üçün çox sağ ol, beş dəqiqə tamam oldu.

Nihadə EYYUBOVA


Teqlər:  





Xəbər lenti