Chrome və Opera bir müddət səhv işləyəcək

Chrome və Opera bir müddət səhv işləyəcək
  06 İyun 2013    Oxunub:1754
Google şirkəti aprelin əvvəlində brouzerlər üçün “Blink” adlı yeni proqram nüvəsi hazırladığını elan etmişdi. Tezliklə bu nüvə Chrome və Opera brouzerlərinə daxil ediləcək.
“Blink” sıfırdan yazılmayıb. O, WebKit nüvəsinin yenilənmiş formasıdır. Nəzərdə tutulan yeniliklər Blink və WebKit kodları arasında bir müddət uyğunsuzluğa səbəb olacaq.

Proqramçı və vebmaster Seymur İsmayılın AzVision.az-a dediyinə görə, bu, bir müddət Chrome və Opera brouzerlərinin pis işləyəcəyi, səhvlər verəcəyi anlamına gəlir. “Brouzerlərin proqram kodunda olan fərqlər bütün vebmasterlər üçün başağrısıdır. Onların hamısını nəzərə almaq üçün çoxlu vaxt və qüvvə sərf edirik. Ona görə də, Opera ilə Chrome-un eyni nüvəyə keçmələri bir tərəfdən yaxşıdır. Amma bir müddət onların hər ikisi saytların düzgün göstərilməsi baxımından xeyli səhvlər verəcəklər”,- deyə o, bildirib.

S.İsmayıl onu da əlavə edib ki, bu addım WebKit proqram nüvəsindən istifadə edən Apple şirkəti ilə Google arasında gedən “brouzer savaşı”nın nəticəsidir.

Google şirkəti özü isə addımını belə izah edir ki, onun proqramçları “Blink” proqram nüvəsinin səhvlərini düzəltməkdən beziblər - belə ki, hər dəfə nüvənin yeni versiyası çıxanda Chrome brouzeri səhvlər verir.

AzVision.az


Teqlər:  





Xəbər lenti