YAP rəsmisi yardımlıların sualını cavablandırdı

YAP rəsmisi yardımlıların sualını cavablandırdı
  19 Fevral 2013    Oxunub:1582
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - icra katibi, millət vəkili Əli Əhmədov partiyanın Yardımlı rayon təşkilatının fəalları ilə görüşüb.
O, YAP Yardımlı rayon təşkilatı Gənclər Birliyinin fəalları ilə dəyirmi masa arxasında görüş keçirib.
Tədbirdə gənclərin ölkəmizin ictimai-siyasi həyatındakı fəal rolundan, Azərbaycanda uğurlu gənclər siyasətinin həyata keçirilməsindən söz açılıb. Azərbaycan hökumətinin fəaliyyətində gənclərlə bağlı siyasətin əsas yerlərdən birini tutduğunu bildirən Ə.Əhmədov gənclərin yaxşı təhsil alması, müasir dünyagörüşünə yiyələnməsi, malik olduğu potensialı ifadə etməsi və bu potensialı Azərbaycanın inkişafı istiqamətinə yönəltməsi üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırıb.
Görüşün sonunda YAP sədrinin müavini Əli Əhmədov gəncləri maraqlandıran sualları cavablandırıb. Tədbirdə həmçinin YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı da iştirak edib.
Analoji görüşün bu gün Masallı rayonunda da keçirilməsi nəzərdə tutulub.




Teqlər:  





Xəbər lenti