“Əli Kərimlinin Elçibəyi zəhərləməsi iddiası həqiqətdir”
S.Novruzov qeyd edib ki, Əbülfəz Elçibəyin qardaşı oğlu Hürrü Əliyevin əmisinin Əli Kərimli tərəfindən zəhərləndirilməsi haqqında qaldırdığı iddia həqiqətdir: “Çünki o vaxt Əbülfəz Elçibəy Kələkiyə gedəndə Əli Kərimli də bir müddət onun yanında yaşadı. Həmin vaxt da orada yaşamış olan Hürrü Əliyev təbii ki, hadisələrin içində olan adam kimi orada olanları daha yaxşı görüb və Əli Kərimlinin məqsədinin nə olduğunu daha yaxşı bilib. İstər əmisinin zəhərlənməsi, istərsə də Əbülfəz Elçibəyə xəyanət edərək İrana casusluq etməsi ilə bağlı səsləndirdiyi bütün ittihamlarda o haqlı görünür. Mən özüm də onun ittihamlarını oxudum və orada böyük həqiqət gördüm”.
APA-nın xəbərinə görə, bunun həqiqi və böyük ittiham olduğunu deyən S.Novruzov bununla bağlı tədbir görülməsi üçün əvvəlcə Hürrü Əliyevin hüquq-mühafizə orqanlarına müraciət etməsinin lazım olduğunu bildirib.
Qeyd edək ki, ötən gün eks-prezident Əbülfəz Elçibəyin qardaşı oğlu, “Milli İdeya Naminə” Dövlətçiliyə Dəstək İctimai Birliyinin sədri Hürrü Əliyev AXCP sədri Əli Kərimlini əmisini zəhərləməkdə və İran xüsusi xidmət orqanlarına işləməkdə ittiham edib və bununla bağlı rəsmi bəyanat yayıb.