Gözyaşardıcı qaz nədir? – ARAYIŞ

Gözyaşardıcı qaz nədir? – ARAYIŞ
  06 İyun 2013    Oxunub:10783
Türkiyədəki aksiyalarda insanlar kütləvi və sıx şəkildə gözyaşardıcı qaz atəşinə tutulurlar. Bəs bu qaz nədir, necə təsir göstərir və ona qarşı nə etmək olar?
Gözyaşardıcı qaz – tərkibində lakrimator (yunanca “lakrime”- gözyaşı deməkdir) olan qıcıqlandırıcı maddədir. Onun tərkibində xrom (Cr), xlorosetafenon (CS, CN) maddələri daxildir. Gözyaşardıcı qaz gözün selikli qişasına və tənəffüs yollarına qıcıqlandırıcı təsir göstərir.

Ondan ən çox kütləvi etirazlar, iğtişaşlar və ictimai təhlükə yaradan qanunsuz hərəkətlərin qarşısını almaq üçün istifadə olunur. Bu qaz öldürücü təsir göstərməyən silahlar qrupuna daxildir. Gözyaşardıcı qaz kimyəvi silahlar sırasına aiddir və beynəlxalq müqavilələrlə qadağan olunmayıb.

Gözyaşardıcı qazdan zəhərlənmək mümkündür. Zəhərlənmənin əlamətləri bunlardır: blefarospazm (göz qapaqlarının reflektor sıxılması), göz yaşının axması, burundan seliyin axması, dərinin qaşınması, asqırma və ürək bulanması.

Gözyaşardıcı qaz həmçinin ağciyərlərə təsir edir, onun artıq dozası ağciyərlərin şişməsinə gətirib çıxara bilər.

Qazın təsirinə məruz qalanda ilk olaraq burun və ağızı yaş dəsmalla bağlamaq lazımdır. İdeal variant respirator və ya əleyhqaz taxmaqdır.

Qazın qıcıqlandırıcı təsiri 5-30 dəqiqə davam edir. Bu halda dərindən nəfəs almadan təmiz hava olan yerə keçmək lazımdır. Əgər bu mümkün deyilsə, onda hava axını - məsələn, ventilyator, kondisioner olan yer tapmaq lazımdır. Ventilyator olmasa qəzeti yelləyərək qazı qovmaq lazımdır.

Qaşınma olduğu halda antihistamin preparatlar qəbul edilir. İşıqdan ağrı hissi keçirilməsi və göz qapaqlarının şişi bir neçə saatdan bir neçə günədək davam edə bilər.

Qazın təsirinə məruz qalanda ağız boşluğunun yuyulması üçün içməli sodanın 2%-li məhlulundan istifadə etmək olar. Gözlərin yuyulması üçün - süd, albusid məhlulu (natrium-sulfasil) və ya 1 çay qaşığı bor turşusunun zəif məhlulunun bir stəkan suda qarışığından istifadə etmək olar.

İstiotlu maye dəriyə düşən zaman araqla yuyulur. Arağı gözlərə vurmaq olmaz, onları südlə yumaq lazımdır.
Əgər gözyaşardıcı maddə dəriyə düşərsə onu mütləq silmək lazımdır.
Sternit kateqoriyasından olan preparatlar dəriyə düşən zaman dəridən silməyə çalışarkən onu yandıra bilər.

AzVision.az


Teqlər:





Xəbər lenti