Xocalı faciəsi milyonlara belə tanıdılır

Xocalı faciəsi milyonlara belə tanıdılır
  20 Fevral 2013    Oxunub:1812
ABŞ-da Xocalı faciəsinin 21-ci ildönümü ərəfəsində Birləşmiş Ştatlar ictimaiyyətini məlumatlandırmaq məqsədilə geniş kampaniya keçirilir.
Multimediya kampaniyasının əsas hissəsi Birləşmiş Ştatlar paytaxtı Vaşinqtonda və Nyu-Yorkda keçirilir. Şəhərlərdə Xocalı faciəsi haqda məlumatların çatdırılması məqsədilə binaların üzərində illüminasiya posterləri, metro stansiyalarında, avtobus dayanacaqları və avtobusların üstündə plakatlar yerləşdirilib. Vaşinqtonun milli xiyabanında və mərkəzi dəmiryol stansiyasında, eləcə də Nyu Yorkun izdihamlı Tayms meydanında, BMT-nin baş qərargahı qarşısında və şəhərin başqa mərkəzi küçələrində də posterlər qoyulub.

Bir neçə həftə davam edəcək kampaniya nəticəsində milyonlarla amerikalı Xocalı faciəsi haqda məlumat ala bilmək imkanı əldə edəcək. Bununla yanaşı Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar ABŞ mətbuatında və sosial media şəbəkələrində məqalələrin dərc edilməsi, məlumatların yerləşdirilməsi nəzərdə tutulub.


Teqlər:





Xəbər lenti