Deep Web: `Gizli internet`in qorxunc sirrləri – DOSYE

Deep Web: `Gizli internet`in qorxunc sirrləri – DOSYE
  22 Avqust 2015    Oxunub:43760
İnternet təkcə sizin bildiyiniz saytlardan və xidmətlərdən ibarət deyil. Onun adi istifadəçilər üçün gizli qalan böyük bir qismi də var. Həmin hissə `Deep Web` (Dərin Şəbəkə) adlanır.

İnternet istifadəçilərinin axtarış zamanı tapa bildiyi saytlar internetin təxminən 10%-ni təşkil edərkən, Deep Web-dəki saytlar bütünlükdə internetin təxminən 90% ni əhatə edir. Bu faiz aysberqin görünən və görünməyən tərəflərinin nisbəti kimidir. Kaliforniya Universitetinin araşdırmasına görə, `Dərin Şəbəkə`də 7,5 petebayt həcmində məlumatın olduğu təxmin edilir.

Deep Web - internet daxilində gizli bir şəbəkədir və Google, Yandex, Bing kimi axtarış sistemləri onu görə bilmir, daha doğrusu, həm özünün, həm də istifadəçilərin təhlükəsizliyi üçün görmək istəmir, istisna edir.

Bəs Deep Web-də nələr gizlənir? İlk növbədə kriminal dünyanın online qismi:

- Milyonlarca insanın şəxsi məlumatı, şəkilləri;
- Torrent arxivi;
- Kredit kartlarının göstəriciləri;
- Qanunsuz xidmətlər təklif edən hakerlər;
- Saxta sənəd, viza, passport və ya vəsiqə düzəldən və satan insanlar;
- İstədiyiniz hər şeyi sizin üçün oğurlaya biləcək soyğunçular;
- 75%-ni uşaq pornolarının təşkil etdiyi dəhşətli seks fantaziyaları (ölü ilə cinsi əlaqə videoları da var);
- Heroin, kokain və nəşə kimi bir çox narkotik maddə ticarəti;
- Qanuni olmayan silahların və ya oğurluq əşyaların satışı;
- Siyasətçilərin mətbuata sızmayan məlumat və görüntüləri;
- İnsan və orqan qaçaqmalçılığı;
- Üçüncü dünya ölkələrindəki anbarlarda saxlanılan kölələr və onların tacirləri;
- Peşəkarlıqlarına görə ödənişləri 20.000 dollardan başlayan killer elanları;
- Bəzi killerlərin işlərinə zəmanət vermək məqsədilə çəkdikləri, törətdikləri cinayəti anbaan göstərən video görüntülər;
- Heyvanların və kimsəsiz insanların üzərində edilmiş dəhşətli təcrübə görüntüləri.


Bunlarla yanaşı, Deep Web-də gizli təşkilatların istifadə etdikləri manqurtlaşdırıcı saytlar, gizli təriqətlərinin ürküdücü ritual videoları və qan donduran intihar səhnələri də mövcuddur.

Deep Web-də ümumilikdə 500.000-dən artıq qeyri-leqal internet saytı, forum və çat otaqları var.

Bu qara bazarda pul vahidi olaraq Bitcoin-dən istifadə edilir və hər il təxminən ən azı 2 milyard dollar dəyərində dövriyyə baş tutur.

Bilinməsi gərəkən başqa bir məqam Deep Web-in “lay”larının olduğudur. Və hər növbəti laya keçə bilmək üçün daha artıq məlumatlı olmalısınız.

Dinamik html-dən istifadə edən bu saytlar axtarış sistemləri tərəfindən qəbul edilmir. Ancaq `Tor` brauzerindən istifadə edərək, sistemə bağlanaıb, kimliyinizi gizlədə bilərsiniz. Həmin brozerlə HiddenWiki adlı gizli sayta girmək olur ki, bu da gizli internetin katoloq saytlarından biridir.

Hərçənd, bu seqmentlə maraqlanmaq ciddi şəkildə məsləhət deyil.

Deep Web-ə girişin qanunən cəzası yoxdur, ancaq 95%-ni qanunsuz saytlar təşkil edən şəbəkə vasitəsilə hansısa bir cinayətə daxil edilmək ehtimalınız yüksəkdir. Hakerlər sizin ünvanınızı tapa və hər hansı bir cinayəti sizin üstünüzə ata bilərlər. Eyni zamanda terror təşkilatları sizə maraq göstərə bilər. Hətta bunlar olmasa belə, normal, sivil internet istifadəçilərinə psixoloji təsir edə biləcək bu şəbəkəyə girməyiniz tövsiyə edilmir.

Aysel Əliyeva
AzVision.az


Teqlər:  





Xəbər lenti