Taksim etirazlarının pərdəarxası

 Taksim etirazlarının pərdəarxası
  12 İyun 2013    Oxunub:1789
ABŞ, Suriya, Ermənistan və İranın marağı nədir?
Son günlər Türkiyədə yaşanan hadisələr regiondakı ölkələrin gündəminin dəyişməsinə səbəb oldu. Orada baş verən bu olaylardan müxtəlif qüvvələrin ayı- ayrı məqsədlər üçün istifadə cəhdləri heç də nəzərdən qaçmadı. Qardaş ölkənin hazırdakı drumunu bizə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçlik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun dirketoru, siaysi elmlər doktoru Elman Nəsirov şərh etdi.

Rəcəb Tayyib Ərdoğan nəyi unutdu?

Politoloq hesab edir ki, Türkiyədə baş verənləri ərəb ölkələrindəki proseslərlə eyni tutmaq, bənzər hadislərin məcrası kimi qiymətləndirmək bir mənalı şəkildə düzgün deyil:

“Bəzi KİV-lərdə bir qədər qabağa gedib “ərəb baharı”nın analoqu olaraq “türk baharı” kimi ifadələr işlədir. Hesab edirəm ki, belə yanaşama düzgün deyil. Əslində Türkiyədə yaşananaları ərəb ölkələri ilə eyniləşdirmək olmaz. Ən azı ona görə ki, ərəb ölkələrindəki inqilabi qüvvələr sosial böhrandan bezib üsyançı qüvvələrin hakimiyyətə gəlməsində maraqlı idilər. Amma məlum olduğu kimi Türkiyə iqtisadi baxımdan böyük 20-likdə 16- 17- ci yerdə dayanır. Bu ölkə çox güclü iqtisadi potensiala malikdir. Belə bir şəraitdə inqilabın baş verməsi üçün xüsusi şərtlər yoxdur. Eyni zamanda Türkiyədə mülayim islamçı qüvvələr hakimiyyətdədir və bu nöqteyi nəzərdən əksinə orada dünyəvi qüvvələr müəyyən mənada hüquqlarının məhdudlaşdırılmasına etiraz edirlər. Gezi parkında 600 yaxın ağacın olması haqqında məlumat var. Fikrimcə Türkiyədəki qarışıqlığın səbəbi ağacaların kəsilməsi deyil, bu bir bəhanədir. Ona görə də baş verən hadisələrdə məsuliyyət birinci növbədə hakimiyyətin üzərinə düşür. 10 ildir fəaliyyət göstərən hazırki hakimiyyət bir çox sahələrdə ciddi nailiyyət əldə edib. Bununla yanaşı 2011- ci ilin parlament seçkilərində 50-60%-ə qədər səs toplayan hakim qüvvələr arxayınlaşaraq heç bir təhlükənin olmadığını düşünürdü. Onlar səs verməyən 40% elektoratı getdikcə unutmağa başalamışdılar. Elə indiki iqtidarın üzləşdiyi problemlərin kökündə də Ərdoğan hökumətinin unutqanlığı dayanır. Hökumətin atdığı son addımlar, xüsusən də spirtli içkilərin axşam saatlarında qadağan edilməsi və s. məsələr etirazların başlanması üçün katalizator rolunu oynadı. Gəzi parkında yenidənqurma qəraraı isə prosesi daha da sürətləndirdi
.
ABŞ, İran və Suriyanın payı..

“Olaylarda xarici faktorun mövcudluğunu danmaq düzgün olmazdı. Bəzi ekspertlər hesab edirlər ki, ərəb ölkələrində baş qalıdıran inqilablarda ABŞ-ın böyük rolu olub və bu nöqteyi nəzərdən Türkiyədədəki hadisələrdə ABŞ faktoru yada düşür. Mən bu fkirlə razı deyiləm, çünki Türkiyə ABŞ-ın regionda strateji müttəfiqidir. Və bu gün ABŞ-ın Türkiyəni itirmək istəməz. Çünki ABŞ İran, xüsusən də Suriya ilə son dərəcə ciddi problemlər yaşayır. ABŞ-ın müttəfiqi olaraq Türkiyə Bəşər Əsəd rejiminə qarşı çıxan ən təsirli qüvvə hesab edilir. Eyni zamanda, ABŞ kimi Türkiyənin də İranla münasibətlərdə nəzərə çarpacaq dərəcə də problemləri var. Bu baxımdan ABŞ-la Türkiyənin mövqeyi üstü- üstə düşür. Hesab edirəm ki, Türkiyədəki qarşıdurmalarda ABŞ deyil, Suriya- İran faktoru ola bilər.İranda müəyyən qüvvələr,hərbi dairələr Türkiyəyə qarşı başalanamış bu prosesdən maksiumum faydalanmaq istərdilər. Sözü gedən qüvvələr Türkiyənin güclənməsində maraqlı deyillər. Onlar Türkiyənin Avropa İtifaqına daxil olmasına, regional güc mərkəzinə çevrilməsinə qarşı çıxırlar”.

PKK faktoru

“Türkiyənin PKK ilə atəşkəs imzalanaması, terrorçularının ölkəni tərk etməsi ilə bağlı məlum razılaşamalar təbii ki, Ərdoğan hökumətinin müvəffəqiyyəti hesab edilə bilər .Heç şübhəsiz ki , bu kimi pozitiv hadisəsələrin əleyhinə çıxan qüvvələr də var. Əgər bu gün kürd probleminin həlli istiqamətində hakimiyyət və PKK arasında müəyyən siyasi dialoq alınırsa, bu heç də o anlama gəlmir ki, prosesdən bütünlüklə kürd aləmi razı qalıb. Təbii ki narazı qüvvələr də var. Türkiyənin PKK ilə problemini həll etməklə daha da güclənəcəyindən narahat olan bu qüvvələr ölkədə gərginliyin,siyasi qarşıdurmaların yaranmasında maraqlıdırlar. Odur ki, yaranmış fürsətdən istifadə etməyə çalışırlar”.

Ermənistanın marağı

“Hər vəchlə Türkiyə ilə sərhədlərinin açılmasına çalışan Ermənistan isə öz mənefeini güdür. Bir zamanlar iki ölkə arasında sərhədlərin yenidən bərpa edilməsi ilə bağlı Sürih protokolunun müəyyən şərtlərinə qarşı çıxan Ermənistan fikrini dəyişib və məsələni yenidən gündəmə gətirmək istəyir.Sərkisyan hökumətinə elə gəlir ki, yaşananlar Türkiyəni zəiflədib, odur ki, Sürih protoklonu həyata keçirmək üçün münbit şərait yaranıb. Əslində isə Türkiyə bu gün də kifayət qədər güclü bir dövlətdir. Sadəcə hazırda davam edən etirazlar ,Türkiyəyə dostu ilə-düşməni daha yaxşı tanımağa imkanı verdi.

Türkiyə, onu daxildən zəiflətmək istəyən qüvvələrə imkan verməməli, və hazırki durumda daha çox xalqının istək və tələblərini yerinə yetirmək kimi məsələlərə diqqət ayırmalı,Ermənistan kimi cırtdan dövlətlərə öz məkirli planlarını həyata keçirməyə imkan verməməlidir.

Ermənistan Sürih protokolu ilə bağlı niyyətinə nail ola bilməyəcək.Türkiyədəki etirazların məsələyə heç bir aidiyyatı yoxdur. Bu gün Ermənistan özü çox ciddi problemlər, sistemli böhran yaşayır. İstefada olan hərbiçilər bir aydan çoxdur ki, hökumətə qarşı etiraz edirlər. İş o yerə çatıb ki, Qarabağ uğrunda müharibə zamanı Azərbaycana qarşı vuruşan erməni hərbiçilər, hökuməti tələblərini yerinə yetirməyəcəyi təqdirdə Azərbaycan tərəfinə keçəcəkləri ilə hədələyirlər. Hesab edirəm ki, Ermənistandakı hazırki siyasi rejimin Sürih protokollarını həyata keçirmək üçün nə siyasi iradəsi,nə də sosial bazası var. Hətta xaricdən dəstəyini də itirib. Erməni lobbisi və diasporasına yaxşı məlumdur ki, bir çox hallarda Ermənistana ayrılmış ianələr təyinatı üzrə verilmir və hakim korrupsioner rejim tərəfindən mənimsənilir. Bu baxımdan Sərkisyan hökuməti özünə əlavə siyasi divident qazanmaq məqsədilə kənarda axtarışlara başlayıb. Ermənistanın son zamanalar Surih protokolunu da aktuallaşdırması da elə bu məntiqdən qaynaqlanır. Qeyd etdiyim kimi, rəsmi Yerevan Türkiyədəki vəziyyətdən yararlanmağa çalışır.

Türkiyə isə sözün əsl mənasında regionda ən güclü, fövqəl dövlətə çevrilməkdədir. Bu gün ölkədə yaşanan gərginlik Türkiyənin tarixində sıradan bir epizoddur. Ömrünün uzun olmasını istəyən indiki hakimiyyət bundan nəticə çıxarmalı, analoji etirazların təkrarlanmasına yol verməməlidir. Əks halda zəifləyər və müxtəlif düşmən dövlətlərin iradəsi qarşısında uduzar”.

Şahanə RƏHİMLİ



Teqlər:  





Xəbər lenti