Nazirliyə ölüm zərfi

Nazirliyə ölüm zərfi
  20 Fevral 2013    Oxunub:2881
Yunanıstanın Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbərinə içərisində güllə olan zərf gəlib.
Yunanıstanın Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qeorqios Merqosa içərisində güllə və olan zərf gəlib. Məktub dərhal araşdırılması üçün terror əleyhinə xidmət orqanına göndərilib. KİV-lər bu məktubu Merqosun bir müddət əvvəl minimum əmək haqqının aşağı endiriləcəyi ilə bağlı səsləndirdiyi bəyanatı ilə əlaqələndirirlər.
Xatırladaq ki, fevralın 4-də Yunanıstanın maliyyə naziri Yannis Sturnarsa da analoji məktub göndərilmişdi. Zərflərin kim tərəfindən göndərildiyi naməlum olaraq qalır. Hazırda araşdırmalar davam edir.


Teqlər:  





Xəbər lenti