Ərdoğanın bilinməyən peşəsi

Ərdoğanın bilinməyən peşəsi
  20 Fevral 2013    Oxunub:1815
Türkiyənin Baş Naziri Rəcəb Tayyib Ərdoğanın 1993-94-cü illərdə zərgər işlədiyi məlum olub.
Baş Nazir Ərdoğan İstanbul Zərgərlər təşkilatında qeydiyyatdadır.
"Vatan" qəzetinin verdiyi məlumata görə, zərgər-satıcı sənədi olan Ərdoğan, bir il sonra Zərgərlər birliyinin aktiv üzvlüyündən ayrılıb və "fəaliyyəti sona çatan üzv" statusu alıb.
Ankarada təşkil olunan toplantıya qatılan Zərgərlər Təşkilatının rəhbəri Ələddin Qaməroğlu , baş nazir Ərdoğnanın 16 aprel 1993-25 Fevral 1994-cü illər arasında zərgər-satıcı kimi işlədiyini deyib.
068677 vətəndaş nömrəli sənəddə Ərdoğana verilən vəsiqə də öz əksini tapıb. Aktiv üzvlükdən ayrıldıqdan bir ay sonra o, İstanbul Bələdiyyəsinin rəhbəri seçilib.



Teqlər:  





Xəbər lenti