Rusiyada siqaret qadağası

Rusiyada siqaret qadağası
  20 Fevral 2013    Oxunub:2160
Rusiyada ictimai yerlərdə siqaret qadağası təsdiqləndi
Rusiya Federasiya Şurası anti-tütün qanunu qəbul edib. Qanunun lehinə 125, əleyhinə 4 senator səs verib. Bundan sonra qanun layihəsi təsdiqlənmək üçün Rusiya prezidentinə təqdim ediləcək.
“Anti-tütün qanunu” bütün dövlət müəssisələrində, universitet və məktəblərdə, xəstəxana, stadion, restoran, dəmir yolu vağzalı və metroda siqareti qadağan edir.
Bununla yanaşı vətəndaşlara siqaret asılılığından qurtulmaq üçün güzəştli müalicə yolları da təklif ediləcək.


Teqlər:





Xəbər lenti