“Onlar necə bir araya gələ bilər?”

“Onlar necə bir araya gələ bilər?”
  20 Fevral 2013    Oxunub:1523
“Seçkidən-seçkiyə fəallaşmaq, vahid namizəd axtarmaq doğru deyil. Beş il bir araya gəlməyən, bir-birinin qapısı açmayan, oturub dərdləşməyən və siyasi yolunun müəyən proqramlarını bir yerdə müzakirə etməyən adamlar seçkiyə 5-6 ay qalmış necə bir araya gələ bilər?!”
AzVision.az-ın məlumatına görə, bu sözləri Vətəndaş Həmrəyli Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı “Qafqazinfo”ya müsahibəsində deyib.

Müxalifətin birləşə bilməməsi məsələsinə toxunan VHP sədri qeyd edib ki, müxalifət xalqla bir yerdə olanda həmişə güclü olub: “88-ci ildə meydana çıxmışıq. Arxamızca bir milyon adam gəlib. Xalq həmişə müxalifətə inanıb. Amma sonra müəyyən səhvlər oldu və xalq inamını itirdi. Demokratik düşərgə param-parçadır və etiraf edək ki, bunda xarici qüvvələrin də rolu olub. Digər tərəfdən, mədəni və siyasi səviyyədə problemlər parçalanmağa gətirib çıxarıb”.

Sabir Rüstəmxanlının fikrincə, bu, bir marafondur. Bu marafonda uzun müddət duruş gətirə bilənlər meydanda qalacaq. “Bizdə uzaqbaşı beş partiya olmalıdır, bu qədər firqələrə ayrılmağa ehtiyac yoxdur. Seçkidən-seçkiyə fəallaşmaq, vahid namizəd axtarmaq doğru deyil. Beş il bir araya gəlməyin, bir-birinin qapısı açmayan, oturub dərdləşməyən və siyasi yolunun müəyən proqramlarını bir yerdə müzakirə etməyən adamlar seçkiyə 5-6 ay qalmış necə bir araya gələ bilər?! Məncə, elə buna görə də müxalifətin vahid namizədinin olması məsələsi real deyil” – deyə VHP sədri müxalifətin bir məxrəcə gələ bilməməsinin səbəbini açıqlayıb.




Teqlər:





Xəbər lenti