Dünyanın ən maraqlı parkları

 Dünyanın ən maraqlı  parkları
  25 İyun 2013    Oxunub:6299
Dünyanın ayrı-ayrı şəhərlərində öz qeyri –adiliyi ilə seçilən və xüsusi maraq doğuran parklar var. Hansıki həmin parklar insanalara ayrı bir gözəliyyi göstərir. AzVision.az dünyanın 10 belə qeyri- adi parkı haqqında məlumata nəzərinizə çatdırır.
Laosda “200 Budda”parkı

“200 Budda ”parkı bu yaxınlarda Laosun dini xadimlərindən biri Bunilya Sulitat tərəfindən yaradılıb.Parkın inşası uzun müddət davam etsədə, Sulitat onu yekunlaşdıra bilməyib. Dəli olub. Parkın elədə geniş olmayan ərazısındə 200 Buddizm tanrılarnın, İudey və Buddizm mifoloqiyalarının qəhrəmanların heyykəlləri qoyulub. Heykəllərlə yanaşı , parkda Sulitin şüşə tabut içərisində balzamlanmış cəsədi də ziyarətçilər üçün açıqdır.


Avstriyada”Yaşıl ada” parkı

Bu dünyanın ən maraqlı parklarından biridir.Qış vaxtı bu parka insanlar gəzmək, onlara rahat olan yerlərdə, skamyalarda oturub dincəlmək məqsədi ilə gəlir.Yay vaxtı isə baş verən təbii proseslər ərzində park su altında qalır.Yəni həmin o park yolları, bitkilər, oturacaqlar və sairə su altında qalır.Su isə o qədər təmiz olur ki, ziyarətçilər sandallarda üzərkən su altında qalmış parkı seyr edir.Yaşıl göldə yay vaxtı rəngarəng balıqlar da üzür.Və bu prosses periodik olaraq hər il baş verir.


Taylandda “Günahkarlar parkı”

Bu parkı qeyri- sabit psixikası olan adamların ziyarəti üçün məsləhət görülmür. Məsələ orasındadır ki, bu park cəhəmmənin yer üzndəki əksidi. Hətta bu cürə dəhşətli görüntü ilə yetinməyən taylandlılar, eybəcər səslərlə də parkı tamamlayıblar. Hətta bir çox taylandlılar tərbiyyə məqsədi ilə, bura öz uşaqlarını gətirirlər.


Şotlandiyada Kosmiki park
Bu park ABŞ-ın məşhur kosmik araşdırmaçıları Çarlz Ceniks və onun həyat yoldaşı Meqqi Çesvik tərəfindən yaradılıb.Cütlüyün bu parkı yaradmaqda məqsədi, insanlarda kosmik fəza,və insanın oradakı mövcudluğu haqda təsəvvür yaratmaqdır. Parkın ziyrətçiləri burada “qara dəliy”-ə düşə bilər, Kleynin butlakasına daxil ola bilər, hətta ağır riyazı məsələlər üzərinə düşünə bilər.


ABŞ da Yaradılış parkı.

Bu parkın ümumilikdə yaradılma məqsədi, park ziyarət edən insanlara yer üzünün İncirdə göstərildiyi kimi Adəm və Həvvadan yaradılması əslində heç bir vaxt və heç bir halda Təkamül nəzəriyyəsinə zidd olmayıb. Məsələ burasındadırki bu parkda olan bir çox eksponatlar həqiqi arxeoloji axtarışlar zamanı əldə olunan tapıntılardır.


Niderlandda, Kokenfox parkı

Kokenfox bütün dünyda öz tulpanları ilə məşhurdur. Parkın 32 hektar ərazısındə 100 növ tulpan yetişib.Təbii ki, parkda tülpanlardan başqa güllər də yetişir, misal:orxideyalar,qızıl güllər,yasəmənlər və sairə. Amma təəsüf ki, bu park tülpanların yetişməsi mövsümü ilə əlaqədar hər il mart ayından may ayına qədər fəaliyyət göstəri. Orta hesabla hər il tülpanları görməyə, parka 800 min insan axın edir.


Kosta-Rikada, Fransisko Alvarado parkı

Bu park landşaft dizaynının bir möcüzəsidir.Ziyarətçilər burada müxtəlif ağac növlərindən, canlı bitkilərdən hazırlanmış heyvan fiqurları, insan fiqurları görə bilərlər.Parkın bir növü vahiməli bir görünüşü var. Xatırladaq ki, bu park ümumilikdə canlı bitkilərdən ibarətdir.


Sinqapurda quş parkı

Burada dünyanın hər bir nöqtəsindən gətirilmə quşlar saxlanılır, Avrpadan, Afrikadan, Amerikadan və s. Parkın ən büyük üstünlüyü onun tərtibatındadr.Bura daxil olan hər bir ziyarətçidə elə bir təsəvvür yaranır ki, elə bil bu quşlar tamamı ilə azadlıqdadırlar. Burada heç bir qəfəs,və yaxud da quşları saxlamaq üçün heç bir vasitə yoxdur. Quş parkında hər növ quşlar üçün onlara spesifik olan , təbii atmosfer yaradılıb.Məsələn, pinqvinlər üçün kondisionerli sistem, flaminolar üçünsə süni hovuzlar yaradılıb.
Bu maraqlı parkda, yuxarıdada qeyd etdiyimiz kimi dünyanın hər yerindən gətirilən,1500 quş növü saxlanılır.Parkda olan ən böyük qadağa isə quşları yemləməkdir.Bu onların sağlamlıqları üçün zərərlidir.


Çində Karliklər krallığı parkı

Bu ərazi parkdan daha çox karliklərin yaşadığı bir kəndi xatırladır. Parkın ərazisində xəstəxana, məktəb və mağazalar var. Karliklər krallığında yerləşən bütün evlər göbələk formasını daşıyır. Parkn bütün xidmətləri, balacaboy sakinlər tərəfindən göstərilir.


Yaponiya-Şahmat parkı

Yaponiyanın Osaka şəhərində, stol-üstü oyunlara həsr olunmuş, park salınıb. Parkda olan bütün yolla, oturacaqlar,uşaq otraksionları, şahmat şəklində, şahmat fonuna uyğun olaraq tərtib edilib. Bu park yerli yaponlar tərəfindən çox sevilir. Bu park həmdə bir xüsusiyyəti ilə də maraqlıdı, parkın hazırlanmasna oqədərdə böyük bir vəsait xərclənməyib.Şahmat parkı ekoloji cəhətdən təmiz olan,ucuz materiallardan hazırlanıb.



Günəş FƏRHADLI










Teqlər:  





Xəbər lenti