Dadlı qarpızı necə seçməli

Dadlı qarpızı necə seçməli
  28 İyun 2013    Oxunub:11059
Düzgün qarpız seçimi çox çətindir və müəyyən bilik tələb edir. Bəziləri qarpızları erkək və dişiyə ayırır, bəzisi əli ilə yoxlamaqla, digər qismi isə bunu tanış satıcıların öhdəsinə buraxır. Bəs şirin və dadlı qarpızı necə seçməli? Bunun üçün bir neçə üsul vardır:
Ölçü

Böyük qarpızları seçməkdən çəkinmək lazımdır. Hazırda iqlim böyük ölçülü qarpız yetişdirməyə imkan vermir. Böyük qarpızların süni yetişdirilməsi ehtimal olunur. Kiçik qarpızlar isə çox şirin olmur. Mükəmməl ölçü 5-7 kq – orta ölçüdür.

Dişi və erkək

Qarpızları genderlərinə görə ayırmaq olar. “Erkək” qarpızlar daha çox uzunsov olduğu halda, “dişi” növ qismən uzunsov olur. Onlar adətən yastı formaya malik olur.

Saplaq

Qarpızın saplağının olması vacibdir. Saplaq qarpızın yetişməsini göstərən əlamətdir. Sarımtıl quru saplaq qarpızın yetişdiyinə işarədir. Əgər saplaq yaşıldırsa, demək o yetişməmiş qopardılıb.

Barmaqla vurmaqla

Yetişmiş qarpızı barmaqla vurduqda “boş” səs çıxarır. Əgər qarpızı yuxarıdan aşağıya doğru azca sıxdıqda çatlayarsa, deməli o yetişib.

Kəsiyə görə

Satıcıların çoxu müştərilərə qarpızın yetişdiyini əyani göstərmək üçün onu dördkünc formada kəsirlər. Belə qarpızları almamaq məsləhətdir. Çünki qarpız satıcının bıçağındakı çirkdən tutmuş bakteriya və toza qədər hər şeyi dərhal canına çəkir.

Kimyəvi əlavələrə görə

Qarpızın tərkibində nitrat və ya başqa zərərli maddələrin olduğunu vizual müəyyən etmək mümkün deyil. Bunu yalnız onu kəsən zaman aydınlaşdırmaq olar. Əgər kəsikdə ağ və ya sarımtıl damarlar olarsa, onda qarpızda nitrat və gübrənin miqdarı normadan çoxdur.

Tanış satıcı

Qarpızı heç vaxt tərkibində nitrat çıxan qarpızı aldığınız satıcıdan almayın. Tanış satıcılara müraciət etsəniz daha yaxşı olar.

Şəxsi təcrübə

Hamar, ideal formalı qarpız adətən dadlı olmur. Şirin və dadlı qarpızlar bir az yaraşıqsız olur. Xüsusilə, torpağa əyildiyindən üzərinə ağ ləkə düşən əyri formalı qarpızlar daha şirin olur.

AzVision.az


Teqlər:  





Xəbər lenti